Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: rusiya

1353-cü gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 1353-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Primeinfo.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 148 910 hərbçi, 11 330 ədəd tank, 23 543 ədəd zirehli döyüş maşını, 34 301 ədəd artilleriya sistemi, 1 535 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 238 hava hücumundan müdafiə sistemi, 428 ədəd hərbi təyyarə, 346 ədəd helikopter, 66 723 ədəd avtomobil texnikası, 78 678 ədəd PUA, 3 918 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 993 xüsusi avadanlıq itirib.

Rusiyanın 10 regionuna PUA hücumu edildi

Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 75 PUA vurub. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Volqoqradda 49, Krımda 7, Voronejdə 6, Rostovda 4, Belqorodda 3, Orlovda 2, Moskva, Kursk, Lipetsk və Tambov vilayətlərində isə hər birində 1 PUA zərərsizləşdirilib.

Şoyqu: "Zəngəzur və “Şimal–Cənub” marşrutları bir-birini tamamlayır"

Zəngəzur dəhlizi ilə “Şimal–Cənub” beynəlxalq nəqliyyat marşrutu bir-birinə rəqib deyil və hər iki layihə region üçün vacibdir. Primeinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib. Bu barədə o, MDB ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin XIII görüşündən sonra jurnalistlərə açıqlama verib.

Putin “Naxçıvan yeparxiyası”nın erməni keşişinə orden verdi – VİDEO

Rusiya prezidenti Vladimir Putin “Rusiya və Yeni Naxçıvan yeparxiyası”nın rəhbəri, Erməni Apostol Kilsəsinin arxiyepiskopu Ezrasa Aleksandr Nevski ordeni təqdim edib.  Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, Kreml mərasimi Rusiya Federasiyasının dini və ictimai həyatı üçün “xidmətlərinə görə” kimi təqdim edib. Lakin diqqət çəkən məqam ordenin təqdim olunduğu şəxsin titulundakı “Yeni Naxçıvan yeparxiyası” ifadəsidir.

Koreya Rusiyaya 5 min hərbçi göndərir

Şimali Koreya ordusunun mühəndis bölməsinin təxminən 5000 əsgəri hərbi əməliyyatlar nəticəsində dağıdılmış infrastrukturun bərpasına kömək etmək üçün Rusiyaya göndəriləcək. Primeinfo.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreyanın Milli Kəşfiyyat Xidmətinə istinadla məlumat yayıb. “Daha 1000 hərbi qulluqçu ərazilərin minalardan təmizlənməsi üzrə ixtisaslaşacaq”, – məlumatda deyilib.

Putin 1 milyon əsgər itirib - Trampdan ŞOK RƏQƏM

ABŞ Ukraynaya uzaqmənzilli “Tomahawk” raketlərini verməkdən imtina edib. Primeinfo.az xəbər verir ki, bu barədə Donald Tramp bildirib. ABŞ Prezidentini sözlərinə görə, bu məsələ indi gündəmdə deyil.

Rusiya sərhədində 250 kiloqramlıq bomba tapıldı

Estoniyada Rusiya sərhədi yaxınlığında təsadüfən 250 kiloqramlıq aviabomba aşkar edilib. Primeinfo.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə “Postimees” qəzeti məlumat yayıb. Bildirilir ki, həyəcan mərkəzinə meşədə gəzən şəxsin böyük partlayıcı qurğu tapması barədə məlumat daxil olub.