Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 164 PUA vurub. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Krasnodarda 32, Krımda 26, Bryanskda 20, Volqoqrad, Rostov və Orlovda 9, Lipetskdə 6, Voronejdə 5, Belqorod, Kursk və Tulada 2, Qara dəniz suları üzərində 39 və Azov dənizi üzərində isə 3 PUA zərərsizləşdirilib.
Rusiya xarici kəşfiyyat orqanlarına məlumat sızmasının qarşısını almaq üçün Apple cihazlarını qadağan etmək istəyir.
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib ki, RF lazım gəldikdə nüvə sınaqları keçirməsi üçün poliqonları hazır vəziyyətdə saxlayır. Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, o, bunu “Rusiya xalqları” ümumrusiya forumunda bəyan edib və bu açıqlaması ilə Trampın ABŞ-də nüvə sınaqlarının başlanması ilə bağlı bəyanatına cavab verib. “İlk növbədə bunu qeyd edək ki, sınaqlar heç bir ölkədə bir saat belə dayanmayıb, lakin onlar hesablama texnikasının tətbiqi baxımından keçirilirdi.
Rusiyanın Sverdlovsk vilayətində 24 oktyabrda itkin düşən 49 yaşlı iş adamı İlqar Xanadanovun meyiti tapılıb. Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya KİV-nin yaydığı məlumatda bildirilib. Faktla əlaqədar cinayət işi açılıb və araşdırma aparılır.
Moskvanın Vnukovo və Domodedovo hava limanlarında, eləcə də Volqoqrad, Kaluqa, Saratov və Yaroslavl hava limanlarında hava hərəkətinə məhdudiyyətlər tətbiq edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin sözçüsü Artyom Korenyako məlumat verib. Məhdudiyyətlərin uçuş təhlükəsizliyini təmin etmək üçün zəruri olduğu deyilir.
“Azərbaycan parlamentinin buraxılması üçün xarici təsir deyil, yeni konstitusiya zərurəti əsas ola bilər”. Primeinfo.az xəbər verir ki, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bu fikirləri Prime TV-nin efirində yayımlanan “Qırmızı masa” verilişində səsləndirib. Ekspert bildirib ki, hazırkı parlamentin buraxılmasının səbəbi kimi onun hər hansı xarici – xüsusilə Rusiya yönümlü qüvvələrə bağlılığı göstərilə bilməz.
Moskva hava limanları dron hücumları təhlükəsi səbəbindən bağlanıb. Primeinfo.az APA-ya istinadla xəbər verir ki bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi-Rosaviasiya məlumat yayıb. Bildirilib ki, Moskvanın Domodedovo və Jukovski hava limanlarında PUA təhlükəsi ilə əlaqədar təyyarələrin qalxmasına və enməsinə müvəqqəti qadağa qoyulub.
Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstə üzvləri barəsində qərar verilib. Primeinfo.az xəbər verir ki, bu barədə APA-ya vəkil Elçin Sadıqov məlumat verib. Məlumata görə, Səbail Rayon Məhkəməsində onlar barəsində olan həbs-qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.
Rusiyanın paytaxtı Moskvaya PUA hücumu olub. Primeinfo.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib. Onun sözlərinə görə, Moskva istiqamətində uçan iki pilotsuz uçuş aparatı vurulub.
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 373,4 min ABŞ dolları dəyərində 106,52 ton qoyun əti idxal edib. Primeinfo.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 35 %, kəmiyyət olaraq – 24 % azdır. Hesabat dövründə Azərbaycan Monqolustandan 349,72 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 38 % az) 87,43 ton (-38 %), Rusiyadan 18,65 min ABŞ dolları dəyərində (+1 865 dəfə) 18,92 ton (+1 892 dəfə), Yeni Zelandiyadan 4,49 min ABŞ dolları dəyərində (+5,4 %) 0,14 ton (-26 %) və Avstraliyadan 0,53 min ABŞ dolları dəyərində (-62 %) 0,03 ton (-40 %) məhsul alıb.