Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: rusiya

Rusiyanın iki nəhəng zavodu vuruldu

Rusiyanın Samara vilayətindəki Novokuybışev neft emalı zavoduna PUA hücumu edilib. Primeinfo.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb. Məlumata görə, hücum nəticəsində zavodun ərazisində yanğınlar başlayıb.

Hakan Fidan: Rusiya yeni reallıqları qəbul etdi

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Rusiya və Suriya münasibətlərindən danışıb. Primeinfo.az xəbər verir ki, nazir Rusiya və Suriya prezidentlərinin görüşünü müsbət hadisə kimi dəyərləndirib: “Rusiya və Suriya tərəfinin dialoqu vacibdir. Bu baxımdan Əhməd əl-Şaaranın yetkin siyasətçi kimi davranışı təqdirəlayiqdir.

Rusiyanın bu hava limanlarında uçuşlar dayandırıldı

Rusiyanın Kaluqa vilayətinin Qrabtsevo hava limanında təhlükəsizlik məqsədilə uçuşlar müvəqqəti olaraq məhdudlaşdırılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi və Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat katibi Artem Korenyako Teleqram kanalında məlumat yayıb. Onun sözlərinə görə, hava limanı müvəqqəti olaraq təyyarələri qəbul etmir və uçuşlara icazə vermir.

Avstriya Rusiyaya qarşı 19-cu sanksiya paketinə razılıq verib

Avstriya Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı yeni sanksiya paketinin qəbuluna razılıq verib. Primeinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Qeyd edək ki, oktyabrın 20-də Avropa İttifaqının xarici işlər nazirləri Lüksemburqda toplanaraq Rusiyaya qarşı 19-cu sanksiya paketinin qəbulunu yekunlaşdırmağı planlaşdırırlar.

Rusiya Krımda öz hərbi təyyarəsini vurdu

Rusiya hərbçiləri gecə saatlarında dronlara qarşı hava müdafiəsi əməliyyatı apararkən təsadüfən öz hərbi təyyarələrini vurublar. Primeinfo.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin mətbuat katibi Dmitri Pletençuk “RBC-Ukrayna”ya açıqlamasında bildirib. “Ukrayna hücumlarını dəf etməyə çalışarkən Rusiya öz təyyarəsini Krım üzərində vurub”,- o deyib.

Ukrayna Krıma hücum edib

Oktyabrın 17-nə keçən gecə Krımda bir sıra güclü partlayışlar baş verib. APA xəbər verir ki, bu barədə UNİAN“Krımskiy veter” Teleqram kanalına istinadən məlumat yayıb. Qeyd edilib ki, pilotsuz uçuş aparatlarının hücumu nəticəsində neft bazasında partlayış və yanğın baş verib.

Rusiyanın 8 regionuna PUA hücumu edildi

Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 51 PUA vurub. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Saratovda 12, Volqoqradda 11, Rostovda 8, Krımda 6, Bryansk və Voronejdə 4, Belqorodda 3, Kursk, Qara dəniz və Azov suları üzərində isə hər birində 1 PUA zərərsizləşdirilib.

Sanksiyalar Azərbaycandakı layihələrə şamil edilməyəcək

[caption id="attachment_7491" align="aligncenter" width="630"] A view of CPC Novorossiysk on August 10, 2006. ÊÒÊ Íîâîðîññèéñê 10 àâãóñòà 2006.[/caption] Rusiyanın “Lukoyl” və “Rosneft” neft şirkətlərinə Londondan qoyulan sanksiyalar Azərbaycan və Qazaxıstandakı layihələrə aid edilməyəcək. Primeinfo.az xəbər verir ki, bu barədə dünya mediası Böyük Britaniyanın Maliyyə Nazirliyinə istinadən xəbər yayıb.

Suriya prezidentinin Moskvaya ilk səfəri

Suriya prezidenti Əhməd əl-Şaraa Rusiyanın paytaxtı Moskva şəhərinə işgüzar səfəri başlayıb. Bu, onun prezident kimi Rusiyaya ilk səfəridir. Primeinfo.az Rusiya mediasına istinadən bildirir ki, səfər çərçivəsində Əhməd əl-Şaraa prezident Vladimir Putinlə görüşəcək.