“Ruslan Eyyubovun Xəzər dənizinin sahilindəki 15 hektarlıq nəhəng ərazisindəki adlarda simvolik işarələr var. Hesab edirəm ki, bu adlarla Azərbaycan cəmiyyətinə hansısa mesajlar ötürülüb”.
Siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq üzrə saxlanılan iş adamı Ruslan Eyyubov barəsində olan həbs qərarından apellyasiya şikayəti versə də, sonradan şikayətini geri götürüb. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, Ruslan Eyyubovun şikayətini geri götürdüyü bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Emin Əliyevin sədrliyi ilə keçirilən prosesdə məlum olub. Şikayət geri götürüldüyündən ərizəyə baxılmayıb.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılan və barəsində məhkəmə tərəfində 2 aylıq həbs qətimkan tədbiri seçilmiş Ruslan Eyyubov Azərbayanda və xarici ölkələrdə çoxlu sayda daşınmaz əmlaka və biznes obyektlərinə sahibdir.
Dövlət Gömrük Komitəsi, Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı və Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinin adlarının hallandığı, 6,4 milyon manatdan artıq aksizsiz tütün qaçaqmalçılığı ilə bağlı istintaq fonunda diqqətlər indi daha bir sensasion məqama yönəlib.
5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində tanınmış iş adamı Ruslan Eyyubov saxlanılıb.