Çin vətəndaşlarına İrana səyahət etməməyi tövsiyə edib. Primeinfo.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi, eləcə də Çin səfirliyi və konsulluğu vətəndaşları İrana səfər etməməyə çağırıb. Bildirilib ki, İranda olan Çin vətəndaşları təhlükəsizlik qaydalarına əməl etməli və ölkəni mümkün qədər tez tərk etməlidir.
Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanlı həmkarı Giorgi Qvarakidzenin dəvəti ilə fevralın 23-də Tbilisi şəhərinə işgüzar səfərə gedib. Baş Prokurorluğun Mətbuat xidmətindən Primeinfo.az-a verilən xəbərə görə, nümayəndə heyəti Tbilisidə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkı, Ulu Öndərin burada ucaldılan abidəsini ziyarət edib. Gürcüstan Baş Prokurorluğunda keçirilmiş görüşdə Baş prokuror Kamran Əliyev qeyd edib ki, Gürcüstan Azərbaycan üçün dost ölkə olmaqla yanaşı, strateji tərəfdaşdır.
ABŞ Prezidenti Donald Tramp martın 31-dən aprelin 2-dək Çin Xalq Respublikasında rəsmi səfərdə olacaq. Primeinfo.az xəbər verir ki, səfər çərçivəsində Trampın Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü planlaşdırılır. Məlumata görə, tərəflər tarif artımının dayandırılması ilə nəticələnən ticarət razılaşmasının uzadılması perspektivlərini müzakirə edəcəklər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Serbiyaya səfər edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Serbiya prezidenti Aleksandr Vuçiçlə birgə keçirilən mətbuat konfransında bildirib. Ərdoğan qeyd edib ki, Serbiya prezidenti Aleksandr Vuçiçin dəvəti ilə may və iyun ayları ərzində geniş heyətlə Belqrad və Novi Pazara səfər etməyi planlaşdırırlar.
Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundziçin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvana səfər edib. Primeinfo.az xəbər verir ki, Naxçıvan MR baş naziri Cabbar Musayev və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovla keçirilən görüş zamanı Prezident İlham Əliyevin rəhbərlliyi ilə Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq, dostluq və etimada əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb. Bildirilib ki, Avropa İttifaqına üzv dövlətlərin Azərbaycanla uzunmüddətli və faydalı əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır.
ABŞ-ın vitse-prezidenti Cey Di Vens Azərbaycana səfərə gəlib.
ABŞ-ın vitse-prezidenti Cey Di Vens Ermənistana səfərini başa vurub.
İran xarici işlər naziri Abbas Əraqçi sabah Türkiyəyə səfər edəcək. Primeinfo.az xəbər verir ki, Əraqçi Türkiyə xarici işlər naziri Hakan Fidanla regional məsələləri müzakirə edəcək.
ABŞ prezidenti Donald Trampın oğlu kiçik Donald Tramp Ermənistana planlaşdırılan səfərini ləğv edib. Primeinfo.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb. Məlumata görə, kiçik Trampın bu gün noyabrın 12-də İrəvana səfəri nəzərdə tutulurdu.
Türkiyə xarici işlər naziri Hakan Fidan Vaşinqtona səfəri çərçivəsində ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffla bir sıra regional və beynəlxalq məsələlər üzrə danışıqlar aparıb.