Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: sefer

Şoyqu Misirə səfər etdi

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyəti Misirə səfər edib və burada ölkənin ali siyasi və hərbi rəhbərliyi ilə danışıqlar aparacaq. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, səfər çərçivəsində Şoyqu Misir Prezidenti Əbdülfəttah Sisi, onun milli təhlükəsizlik üzrə müşaviri Fayza əl-Naqa, xarici işlər naziri Bədr Abdel Ata, müdafiə və hərbi sənaye naziri Abdel Magid Saqro, digər təhlükəsizlik orqanlarının və xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşlər keçirəcək.

Azərbaycan HDQ-sinin nümayəndə heyəti Pakistana səfər edib

  Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) nümayəndə heyəti HDQ komandanının birinci müavini – qərargah rəisi 1-ci dərəcəli kapitan Teymur Mürşüdovun rəhbərliyi ilə “PIMEC – 2025” 11-ci Beynəlxalq Dəniz Sərgisi və Konfransında iştirak etmək üçün Karaçi şəhərinə səfər edib. Bu barədə APA-ya Müdafiə nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində Pakistan HDQ-sinin rəhbər şəxsləri ilə bir sıra görüşlər keçirilib.

Beynəlxalq səyyahlar Ağdamda

Beynəlxalq səyyahlar Qarabağa səfər çərçivəsində Ağdama gəliblər. Primeinfo.az xəbər verir ki, 8 ölkədən – ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Avstriya, İsveç, İrlandiya, Portuqaliyadan gələn heyətdə MTP (Most Traveled People) beynəlxalq səyahətçilər şəbəkəsinin təsisçisi Charles Veley (ABŞ) də təmsil olunur. Səyahətçilər ilk olaraq Ağdam şəhərində Cümə məscidinə baş çəkiblər.

Rubio sabah İsrailə səfər edəcək

ABŞ dövlət katibi Marko Rubio sabah İsrailə səfər edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ rəsmiləri “The Times of Israel”ə məlumat verib. Səfər bu günün sonunda rəsmi şəkildə elan ediləcək və gündəlikdə Vaşinqtonun Qəzzada sülh planının uğurlu icrası ətrafında müzakirələr var.

Pezeşkian Qazaxıstana səfər edəcək

İran Prezidenti Məsud Pezeşkian il sonuna qədər Qazaxıstana səfər edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə məlumat verib. O bildirib ki, səfər zamanı iki ölkə arasında müxtəlif sahələrdə 20-dən çox əməkdaşlıq müqaviləsi imzalanacaq.

Zelenski ABŞ-a gedir

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenski ilə 17 oktyabrda görüşəcəyini təsdiqləyib. Primeinfo.az xəbər verir ki, Tramp bu barədə jurnalistlərin suallarını cavablandırarkən deyib. Qeyd edək ki, dünən Ukrayna Prezidenti Vladimir Zelenski də Trampın dəvəti ilə 17 oktyabrda Vaşinqtona səfər edəcəyini bildirmişdi.