Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: sefirlik

ABŞ Livandakı səfirliyini müvəqqəti bağlayıb

ABŞ Yaxın Şərqdə artan gərginlik fonunda Beyrutdakı səfirliyini müvəqqəti olaraq bağlayıb. Primeinfo.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin “X” platformasında yayılan bəyanatında bildirilib. “Mövcud regional gərginliklə əlaqədar olaraq ABŞ-ın Beyrutdakı səfirliyi növbəti bildirişədək bağlanacaq”, – deyə açıqlamada qeyd olunub.

Yaponiya səfirliyinin fəaliyyətinin dayandırılması ilə bağlı xəbər təkzib edilib

Yaponiyanın Azərbaycandakı səfirliyinin fəaliyyətini qeyri-müəyyən müddətə dayandırması barədə yayılan məlumat həqiqəti əks etdirmir. Primeinfo.az xəbər verir ki, dəqiqləşdirilmiş məlumata əsasən, səfirlik fəaliyyətini tam dayandırmayıb. Hazırda hər hansı konkret təhdid barədə informasiya daxil olmasa da, Orta Şərqdəki gərgin vəziyyət fonunda ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə yalnız konsulluq şöbəsi 2 və 3 mart tarixlərində müvəqqəti olaraq bağlanıb.

Britaniya səfirliyi: "Azərbaycanın suverenliyini tanıyır, Ermənistanla normallaşmanı dəstəkləyirik"

Bu həftə Böyük Britaniya Parlamentinin İcmalar Palatasında keçirilmiş dinləmələrlə bağlı Böyük Britaniyanın Azərbaycandakı səfirliyinə bir sıra sorğular daxil olub. Primeinfo.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin məlumatında bildirilib. “Məsələyə yüksək maraq göstərildiyini nəzərə alaraq, Böyük Britaniyada qərarların qəbul edilməsi sisteminin necə işlədiyini aydınlaşdırmağı vacib hesab edirik.

ABŞ səfirliyi: "Azərbaycanla tərəfdaşlığımız artır"

“Google” şirkətinin “Gemini” süni intellekt modelinin rəsmi olaraq Azərbaycan dilində istifadəyə verilməsi ABŞ və Azərbaycan arasında texnologiya və innovasiya sahəsində artan tərəfdaşlığı əks etdirir. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin açıqlamasında bildirilir. “Sevindirici Xəbər – “Google Gemini” artıq Azərbaycan dilində əlçatandır.

Səfirlik: ABŞ–Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası münasibətləri daha da möhkəmləndirəcək

Bu gün vitse-prezident Ceyms Devid Vens və Prezident İlham Əliyev Bakıda görüşərək 8 avqust tarixli tarixi Ağ Ev Sülh Sammitinin icrasını müzakirə edib, regionda sülh, təhlükəsizlik və rifah naminə ortaq öhdəliklərini bir daha təsdiqləyiblər. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin açıqlamasında deyilir. “Görüş çərçivəsində liderlər ABŞ–Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasını imzalayıblar.

Rusiya Almaniya səfirliyinin bir əməkdaşını ölkədən çıxarır

Almaniya diplomatik missiyasının rəhbəri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb. Məlumata görə, Rusiya cavab olaraq Moskvadakı Almaniya səfirliyinin bir əməkdaşını ölkədən çıxarır.

Ukraynada Aİ ölkəsinin səfirinə etiraz notası təqdim olunub

Macarıstanın Kiyevdəki səfiri Ukraynanın Xarici İşlə Nazirliyinə çağırılıb. Orada ona Macarıstanın Kiyevin maliyyələşdirilməsinin dayandırılmasına dair çağırışlarına etiraz notası təqdim olunub. Primeinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Xarici İşlər və Xarici Ticarət Əlaqələri Nazirliyinin rəhbəri Peter Siyarto bəyan edib.