ABŞ-ın Bağdaddakı səfirliyi İraqa səfərlə bağlı xəbərdarlığını yeniləyib. Primeinfo.az xəbər verir ki, səfirlik ABŞ vətəndaşlarını İraqa səfər etməməyə və orada olan vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb. Eyni zamanda, səfirlik İranla əlaqəli silahlı qrupların ABŞ vətəndaşlarına və Vaşinqtonun maraqlarına qarşı yeni hücumlar planlaşdırdığını bəyan edib.
Rəşad Məmmədov Cevdet Yılmazla görüşdü
“Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”, “Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə”, “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə” və “Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə” təsdiq edilib. Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
Sabah Bakıdakı “Abşeron” dəmiryolu stansiyasına çatdırılacaq Rusiyanın Fövqəladə Hallar Nazirliyinin humanitar yardımı İran tərəfinə təhvil veriləcək. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Məlumata görə, yardım 300 tondan çox dərman vasitələrindən ibarətdir.
ABŞ-nin Bakıdakı səfirliyi Novruz və Ramazan bayramları münasibətilə 20–24 mart tarixlərində bağlı olacaq və 25 mart tarixində fəaliyyətini bərpa edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb. “ABŞ səfirliyi adından hər kəsə təhlükəsiz və xoş bayram arzulayırıq.Əgər siz ABŞ vətəndaşısınızsa və bu müddət ərzində təcili yardıma ehtiyacınız yaranarsa, +994 12 488 33 00 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Niderland İrandakı səfirliyini müvəqqəti olaraq Tehrandan Azərbaycana köçürüb. Primeinfo.az xəbər verir ki, bu barədə Niderlandın xarici işlər naziri Tom Berendsen “X” hesabında bildirib. O qeyd edib ki, diplomatların təhlükəsizliyinə artan risklər səbəbindən səfirliyin müvəqqəti olaraq Tehrandan Bakıya köçürülməsi ilə bağlı qərar verilib.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb.
İran səfiri Türkiyə XİN-ə çağırılıb
ABŞ Yaxın Şərqdə artan gərginlik fonunda Beyrutdakı səfirliyini müvəqqəti olaraq bağlayıb. Primeinfo.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin “X” platformasında yayılan bəyanatında bildirilib. “Mövcud regional gərginliklə əlaqədar olaraq ABŞ-ın Beyrutdakı səfirliyi növbəti bildirişədək bağlanacaq”, – deyə açıqlamada qeyd olunub.
Yaponiyanın Azərbaycandakı səfirliyinin fəaliyyətini qeyri-müəyyən müddətə dayandırması barədə yayılan məlumat həqiqəti əks etdirmir. Primeinfo.az xəbər verir ki, dəqiqləşdirilmiş məlumata əsasən, səfirlik fəaliyyətini tam dayandırmayıb. Hazırda hər hansı konkret təhdid barədə informasiya daxil olmasa da, Orta Şərqdəki gərgin vəziyyət fonunda ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə yalnız konsulluq şöbəsi 2 və 3 mart tarixlərində müvəqqəti olaraq bağlanıb.