Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycan Portuqaliyada səfirlik açır - TƏSDİQLƏNDİ

12.06.2026 13:59

Azərbaycan Portuqaliyada səfirlik açır - TƏSDİQLƏNDİ

Azərbaycanın Portuqaliyada səfirliyi təsis ediləcək.

Primeinfo.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Portuqaliya Respublikasında (Lissabon şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanunun layihəsində əksini tapıb.

Qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Portuqaliyanın da Azərbaycanda səfirliyinin fəaliyyətə başlayacağı barədə məlumat verib:

“Biz Portuqaliyada səfirlik açırıq, bu yaxınlarda Portuqaliyanın da Azərbaycanda səfirliyi fəaliyyətə başlayacaq”.

Qeyd edək ki, Portuqaliya Prezidenti Antoniu Joze Sequru iyunun 5-də azərbaycanlı həmkarı İlham Əliyevə ünvanlandığı təbrik məktubunda Bakıda və Azərbaycanın Lissabonda səfirliyinin açılmasını iki tərəfli əlaqələrin inkişafına töhfə verəcəyini vurğulamışdı.

Paylaş: