ABŞ və İsrail İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bazalarına zərbələr endirib. Primeinfo.az xəbər verir ki, Tehranın qərb hissəsində partlayış səsləri eşidilib. Zərbələrdən biri Qərbi Azərbaycan vilayətində, Uşnavi şəhərində həyata keçirilib.
“Son illər İrandakı xüsusi xidmət orqanları – SEPAH və başqaları, nəinki hərbi, həm də ciddi şəkildə siyasi və iqtisadi gücə çevrilmişdilər. Yəni, ölkəni faktiki ali dini rəhbər idarə etmirdi, onlar idarə edirdi. Bu da sivil siyasətçilərin və hətta bəzi din xadimlərinin xoşuna gəlmirdi”.
ABŞ və İsrailin İranın Buşehr əyalətinə endirdiyi zərbələr nəticəsində İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz (HDQ) və Hərbi Hava (HHQ) qüvvələrinin beş hərbçisi ölüb. Primeinfo.az xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb. “ABŞ və İsrailin Buşehr əyalətinin Cam və Dəyyər rayonlarına hücumları nəticəsində Korpusun beş hərbçisi həlak olub”, – məlumatda bildirilib.
İran bu gün səhər İsrail Baş naziri Benyamin Netanyahunun ofisinə zərbə endirib. Primeinfo.az xəbər verir ki, bu barədə SEPAH-ın İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Məlumata görə, İran, eyni zamanda İsrail ordusunun Hərbi Hava Qüvvələrinin komandanının olduğu yeri hədəfə alıb.
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yeni baş komandanı təyin edilib. Primeinfo.az xəbər verir ki, bu haqda İran KİV məlumat yayıb. “Briqada generalı Əhməd Vahidi İran İslam İnqilabı Keşikçiləri Korpusunun yeni baş komandanı təyin edilib”, – deyə məlumatda bildirilir.
İran Prezidenti Məsud Pezeşkian ABŞ və İsrailin ölkəyə zərbələri zamanı xəsarət almayıb.
“Bütün bunlar formal olaraq artıq rejim dəyişikliyidir. Lakin sadəcə bununla kifayətlənməyəcəklər. Hesab edirəm ki, SEPAH-ı da İran ordusuna birləşdirəcəklər. Eynilə Suriyada, İraqda olduğu kimi eyni prosesi İranda da tətbiq edəcəklər”.
Avropa İttifaqı İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terrorçu siyahısına əlavə edib. Primeinfo.az xəbər verir ki, bu barədə Aİ Şurasının Mətbuat Xidməti məlumat yayıb.
“ABŞ-nin tələbi SEPAH-I tamamilə ləğv etmək, onun korrupsiya yollarını bağlamaqdır”.
Amerikanın İrana hücum ehtimalının artması ilə eyni vaxtda İran hökuməti bölgədəki proksi qüvvələrinin dəstəyindən arxayın olmağa və onları yenidən meydana gətirməyə çalışır. Primeinfo.az Gunaz.tv-yə istinadən xəbər verir ki, İraqın SEPAH-a bağlı “Əl-Nücəba” hərəkatının icra şurasının rəhbəri Nazim əl-Səidi qrupun İraqın bütün əyalətlərində könüllülərin cəlb edilməsi prosesinə başladığını elan bildirib. O, açıqlamasında Vaşinqtonla hər hansı bir əlaqəni “təkrarlanan aldatma” kimi xarakterizə edərək İrana və ya onun rəhbərlik strukturuna qarşı hər hansı bir hücumun gözlənilməz cavabla qarşılanacağını iddia edib.