2025-ci ildə Azərbaycandan Suriya Ərəb Respublikasına 120.1 milyon ABŞ dolları dəyərində 350 milyon 899 min kubmetr (qaz halında) təbii qaz ixrac edilib. Bu barədə Primeinfo.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Qeyd edək ki, 2025-ci ilin avqustun 2-dən etibarən Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına start verilib.
Suriya ordusu ABŞ hərbi birləşmələrinin çıxmasından sonra Haseke əyalətindəki Əl-Cəbsə neft yatağının yaxınlığında yerləşən Əş-Şəddadi hərbi bazası üzərində nəzarəti ələ alıb. Primeinfo.az xəbər verir ki, bu barədə Suriya keçid hökumətinin Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, əməliyyat ABŞ tərəfi ilə razılaşdırıldıqdan sonra həyata keçirilib.
Rusiya və Suriya prezidentləri sabah Moskvada görüşəcək. Primeinfo.az xəbər verir ki, Kreml Suriya Prezidentinin Rusiyaya səfər edəcəyini təsdiqləyib. Məlumata görə, sabah Rusiya Prezidenti Vladimir Putin Moskvada işgüzar səfərdə olacaq Suriya Prezidenti Əhməd əl-Şaraa ilə danışıqlar aparacaq.
Suriya hökuməti ilə Suriya Demokratik Qüvvələri arasında atəşkəs müddətinin uzadılmasından sonra Suriya ordusu Raqqa, Haseke və Hələb xətti boyunca iki humanitar yardım dəhlizi açıb. Primeinfo.az xəbər verir ki, bu dəhlizlər mülki əhalinin təhlükəsiz keçidini və yardımın çatdırılmasını asanlaşdırmaq üçün yaradılıb. Bu çərçivədə, Türkiyə Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) və Türk Qızıl Ayparasının dəstəyi ilə hazırlanmış 5-i 50 ton un, 1-i yorğan və 5-i uşaq bezi və qida ilə yüklənmiş ümumilikdə 11 yük avtomobili Suriya hökuməti və Hələb Yardım Koordinasiya Mərkəzi ilə əməkdaşlıq çərçivəsində bölgəyə göndərilib.
Suriyanın daxili təhlükəsizlik qüvvələri Latakiyada terror aktının qarşısını alıb və üç nəfəri həbs edib. Primeinfo.az xəbər verir ki, bu barədə “SANA” agentliyi məlumat yayıb. Bildirilib ki, saxlanılan şəxslər müxtəlif vaxtlarda Latakiya vilayətində daxili təhlükəsizlik əməkdaşlarına və Suriya ordusuna hücumlarda iştirak edən terror qruplaşmasının üzvləridir.
Son bir neçə gündə kürdlərdən ibarət SDQ (Suriya Demokratik Qüvvələri) tərəfindən idarə olunan ərazi 80% azalıb. Primeinfo.az xəbər verir ki, şimal-şərqi Suriya ərazisində onlar Suriya hökumət qüvvələri döyüşdən öncə, 50 min kvadrat kilometr əraziyə nəzarət edirdisə, son 1 həftədə döyüşlər zamanı 40 min kvadrat kilometr ərazini tərk ediblər. Ərazidə əhalisinin əhəmiyyətli bir hissəsini kürdlərin təşkil etdiyi şəhər və kəndlər SDQ-nin nəzarəti altında qalır.
“Dünyanın ən böyük siyasi fiqurlarından biri olan Ərdoğanı Suriyanın fatehi adlandırıram. Gözümüzün qarşısında dünya xəritəsi dəyişir, Türkiyənin nüfuzu artır”. Primeinfo.az xəbər verir ki, bu sözləri Prime TV-nin “Qırmızı masa” verilişində tədqiqatçı alim Nazir Əhmədli bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampla apardığı telefon danışığının səmərəli keçdiyini bildirib. Primeinfo.az xəbər verir ki, o, əsas mövzunun Suriya məsələsi olduğunu bildirib. Türkiyə lideri qeyd edib ki, İŞİD-lə birgə mübarizə də daxil olmaqla, Suriyanın təhlükəsizliyinə töhfə verəcək bir çox mühüm məsələni ətraflı müzakirə ediblər: “Dünən imzalanan razılaşmanın icrası ilə ən qısa zamanda təşkilatın nəzarəti altında olan digər ərazilər və orada yaşayan mülki əhali də azadlığına qovuşacaq.
Türkiyə bayrağına qarşı təxribat törədən 14 nəfər saxlanılıb. Primeinfo.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç məlumat verib. Nazir bildirib ki, dövlət bayrağına qarşı törədilən təxribatla bağlı araşdırma davam etdirilir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya Prezidenti Əhməd əş-Şaraanı atəşkəs münasibətilə təbrik etdiyini bildirib. Primeinfo.az xəbər verir ki, o, Suriya ordusunun həyata keçirdiyi əməliyyatların uğurla təşkil olunduğunu xüsusi vurğulayıb. “Suriya ordusunun əməliyyat müddətində mülki əhalinin zərər görməməsi üçün bir cərrah dəqiqliyi ilə hərəkət etməsi təqdirəlayiqdir.