Türkiyə bayrağına qarşı təxribat törədən 14 nəfər saxlanılıb. Primeinfo.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç məlumat verib. Nazir bildirib ki, dövlət bayrağına qarşı törədilən təxribatla bağlı araşdırma davam etdirilir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya Prezidenti Əhməd əş-Şaraanı atəşkəs münasibətilə təbrik etdiyini bildirib. Primeinfo.az xəbər verir ki, o, Suriya ordusunun həyata keçirdiyi əməliyyatların uğurla təşkil olunduğunu xüsusi vurğulayıb. “Suriya ordusunun əməliyyat müddətində mülki əhalinin zərər görməməsi üçün bir cərrah dəqiqliyi ilə hərəkət etməsi təqdirəlayiqdir.
Ötən ilin yanvar–noyabr aylarında Azərbaycandan Suriya Ərəb Respublikasına 86,983 milyon ABŞ dolları dəyərində 253,657 milyon kubmetr (qaz halında) təbii qaz ixrac edilib. Primeinfo.az bu barədə Azərbaycanın Dövlət Statistika Komitəsindən məlumat əldə edib. Qeyd edək ki, 2025-ci ilin iyulun 12-də Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana işgüzar səfəri çərçivəsində SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb.
Türkiyə Xarici İşlər Nazirliyi Suriyanın gələcəyi baxımından kürdlərlə bağlı mövcud vəziyyəti kritik adlandırıb və kürd koalisiyası olan “Suriya Demokratik Qüvvələri” (SDQ) ilə elan edilən atəşkəsin uğurla reallaşacağına ümid ifadə edib. Primeinfo.az-ın məlumatına görə, XİN-in bəyanatında qeyd olunur ki, Suriyanın keçid dövrü üzrə prezidenti Əhməd aş-Şaraa tərəfindən bu gün elan edilən atəşkəs və tam inteqrasiya haqqında razılaşma ölkənin ərazi bütövlüyü və birliyi əsasında sabitlik və təhlükəsizliyin təmin olunması istiqamətində səyləri sürətlə və effektiv şəkildə irəli aparmalıdır. Nazirlik qeyd edib ki, Türkiyə Suriyanın terrorizmlə mübarizə səylərini, eləcə də inklüziv yanaşma və həmrəylik prinsiplərinə əsaslanan bərpa təşəbbüslərini dəstəkləməyə davam edəcək.
Suriyanın lideri Əhməd əş-Şaraa ölkənin şimal-şərqində atəşkəs elan edib. Primeinfo.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb. Əş-Şaraa Suriya Demokratik Qüvvələri (SDF) ilə əldə olunmuş razılaşmanın müddəalarının icrasına imkan yaratmağa çağırıb.
Azərbaycan–Suriya İşgüzar Şurasının yaradılması nəzərdə tutulur. Primeinfo.az bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir. “Azərbaycan ilə Suriya arasında ticarət-iqtisadi əlaqələrinin inkişaf etdirilməsi və işgüzar əməkdaşlığın genişləndirilməsi məqsədilə Azərbaycan–Suriya İşgüzar Şurasının yaradılması nəzərdə tutulur.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Fransanın paytaxtı Parisdə suriyalı həmkarı Əsəd Şeybani ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi X hesabında məlumat yayıb. Görüşün təfərrüatı açıqlanmayıb.
Türkiyə Müdafiə Nazirliyi Suriya Demokratik Qüvvələrinə növbəti dəfə xəbərdarlıq edib. Primeinfo.az-ın xəbərinə görə, nazirliyin açıqlamasında Suriya Demokratik Qüvvələrinin (SDG) mərkəzi hakimiyyətə inteqrasiya olunması istiqamətində addımlar atmadığı qeyd olunub. Bildirilib ki, SDG desentralizasiya və federalizm tələblərini səsləndirməyə davam edir və mərkəzi hakimiyyətə inteqrasiya olunması istiqamətində addım atmır?
Suriya Mərkəzi Bankının prezidenti Əbdülkadir əl-Hasriya yeni valyutanın dövriyyəyə buraxılacağını açıqlayıb. Primeinfo.az xəbər verir ki, sosial media hesabından etdiyi paylaşımda yeni pul vahidinin dövriyyəyə buraxılması ilə bağlı 2025-ci il tarixli 293 saylı fərmanın dərc edildiyini açıqlayıb. O qeyd edib ki, bu valyuta yeni iqtisadi və pul dövrünün başlanğıcını əks etdirən mühüm milli mərhələdir.
Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və Milli Kəşfiyyat İdarəsinin (MİT) başçısı İbrahim Kalın Dəməşqdə Suriya Prezidenti Əhməd əş-Şaraa, xarici işlər naziri Esad Hasan Şeybani, müdafiə naziri Murhef Ebu Kasra və Ümumi Kəşfiyyat rəisi Hüseyin El Seleme ilə görüşüblər. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd edək ki, türkiyəli rəsmilər bu gün Suriyanın paytaxtı Dəməşqə səfər ediblər.