Suriya Mərkəzi Bankının prezidenti Əbdülkadir əl-Hasriya yeni valyutanın dövriyyəyə buraxılacağını açıqlayıb. Primeinfo.az xəbər verir ki, sosial media hesabından etdiyi paylaşımda yeni pul vahidinin dövriyyəyə buraxılması ilə bağlı 2025-ci il tarixli 293 saylı fərmanın dərc edildiyini açıqlayıb. O qeyd edib ki, bu valyuta yeni iqtisadi və pul dövrünün başlanğıcını əks etdirən mühüm milli mərhələdir.
Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və Milli Kəşfiyyat İdarəsinin (MİT) başçısı İbrahim Kalın Dəməşqdə Suriya Prezidenti Əhməd əş-Şaraa, xarici işlər naziri Esad Hasan Şeybani, müdafiə naziri Murhef Ebu Kasra və Ümumi Kəşfiyyat rəisi Hüseyin El Seleme ilə görüşüblər. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd edək ki, türkiyəli rəsmilər bu gün Suriyanın paytaxtı Dəməşqə səfər ediblər.
Türkiyənin xarici işlər naziri Hakan Fidanın rəhbərlik etdiyi nümayəndə heyəti Suriyanın paytaxtı Dəməşq şəhərinə səfər edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə “Sky News Arabia” məlumat yayıb. Səfər dekabrın 22-də baş tutacaq.
Türkiyə Suriyanın ordusuna Azərbaycan modeli əsasında dəstək verməyə hazırdır. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Yaşar Gülər bildirib. Nazir vurğulayıb ki, Türkiyə əvvəllər Azərbaycan, Liviya və Somali ordularına hərbi təlim dəstəyi göstərib və Suriyaya da eyni dəstəyi təqdim etmək niyyətindədir.
Suriyanın devrilmiş prezidenti Bəşər Əsəd ailəsi ilə birlikdə Moskvaya köçdükdən sonra yenidən tibbi təhsil almağa başlayıb. Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, “The Guardian” qəzetinin məlumatına görə, Əsəd hazırda oftalmologiya üzrə dərslərdə iştirak edir, eyni zamanda rus dilini öyrənir və biliklərini təkmilləşdirir. Nəşrə danışan Əsəd ailəsi ilə əlaqədə olan mənbənin sözlərinə görə, oftalmologiya onun şəxsi maraq dairəsidir və maddi ehtiyacla bağlı deyil.
Suriyanın Homs əyalətinin mərkəzi hissəsində yerləşən Palmira şəhəri yaxınlığında baş verən atışma nəticəsində iki Suriya təhlükəsizlik qüvvəsi və bir neçə amerikalı hərbçi yaralanıb.
Suriyada yeni konstitusiyaya əsasən 4 ildən sonra prezident seçkiləri keçiriləcək. Primeinfo.az xəbər verir ki, bunu Suriya Prezidenti Əhməd əş-Şara Doha Forumunda çıxışı zamanı bildirib. “Biz əhatəli milli dialoq konfransı keçirdik, nəticədə aralıq konstitusiya bəyannaməsi qəbul olundu.
ABŞ Prezidenti Donald Tramp İsraili ərəb dövlətinin inkişafına mane olmamaq üçün Suriyanın yeni hakimiyyəti ilə dialoqu davam etdirməyə çağırıb. Primeinfo.az xəbər verir ki, o, bunu “Truth Social” şəbəkəsindəki hesabında yazıb. Tramp qeyd edib: “Çox vacibdir ki, İsrail Suriya ilə güclü və səmimi dialoqu davam etdirsin və heç nə Suriyanın firavan dövlətə çevrilməsinə mane olmasın.” O vurğulayıb ki, Vaşinqton administrasiyası Suriyada əldə olunan nəticələrdən məmnundur və bu ölkənin hökumətinin qarşıya qoyulan vəzifələri həyata keçirməsi üçün bütün səyləri göstərir.
“ABŞ prezidenti Donald Trampın Ağ evdə Suriyanın Prezidenti Əhməd Əl Şaraanı qəbul etməsi Türkiyənin çox böyük diplomatik qələbəsi idi”. Primeinfo.az xəbər verir ki, bu sözləri Prime TV-nin “Qırmızı Masa” verilişində tədqiqatçı-alim Nazir Əhmədli bildirib. O, Türkiyə-İran münasibətlərini şərh edib.
Suriyanın şimal-qərbində partlayış hadisəsi baş verib. Bu barədə Primeinfo.az “Sky News Arabiya”ya istinadən xəbər verir. Məlumata görə, partlayış İdlib əyalətinin Kafr-Taxarim şəhərində baş verib.