Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Mark Rutte ilə telefon danışığı aparıb. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb. Danışıqlar zamanı regional və qlobal məsələlər, NATO-nu maraqlandıran mövzular müzakirə olunub.
Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana minnətdarlığını bildirib.
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb.
Martın 11-də Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ilə Serbiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Milan Moysiloviç arasında telefon danışığı olub. Bu barədə Primeinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, danışıq Serbiya tərəfinin təşəbbüsü ilə baş tutub.
Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefonla danışıb. Primeinfo.az xəbər verir ki, telefon danışığı zamanı Hakan Fidan Əraqçiyə Türkiyə hava məkanının pozulmasının qəbuledilməz olduğunu bildirib. Əraqçi Türkiyə hava məkanına yönəlmiş raketlərin İrana məxsus olmadığını və bu məsələ ilə bağlı genişmiqyaslı araşdırma aparılacağını qeyd edib.
Niderlandın xarici işlər naziri Tom Berendsen azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığı zamanı İranın Naxçıvana etdiyi dron hücumunu qətiyyətlə pisləyib.
Fransa Prezidenti Emmanuel Makron martın 8-də Prezidenti İlham Əliyevə zəng edib.
Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi martın 7-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Albaniya Prezidenti Bayram Beqay martın 7-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
İran Prezidenti Məsud Pezeşkian və Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub.