Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin xarici işlər naziri Hakan Fidanla telefon danışığı aparıb. Primeinfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirlər Yaxın Şərqdəki hadisələri müzakirə edərək, vəziyyətin davamlı olaraq gərginləşməsindən narahatlıqlarını ifadə ediblər.
Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ilə Belarus və Slovakiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri arasında telefon danışıqları olub. Müdafiə Nazirliyindən Primeinfo.az-a verilən xəbərə görə, danışıqlar xarici həmkarların təşəbbüsü ilə baş tutub. Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – müdafiə nazirinin birinci müavini general-mayor Pavel Muraveyko və Slovakiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Daniel Zmeko ilə danışıqlar zamanı regiondakı vəziyyət, təhlükəsizlik məsələləri, habelə ölkələrimiz arasında hərbi əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparılıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb.
İran və Ermənistan XİN rəhbərlərinin telefon danışığı olub. Primeinfo.az “Tasnim”ə istinadən xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi İranın ABŞ və İsraillə genişmiqyaslı müharibə şəraitində olduğunu deyib. O bildirib ki, İran hücuma cavab olaraq İsraili və bölgədəki ABŞ hərbi bazalarını hədəf alıb və lazım olduğu müddətdə özünü müdafiə etməyə hazırdır.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini və xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı aparılıb. Primeinfo.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb. Bildirilib ki, söhbət zamanı Yaxın Şərqdə son günlər müşahidə olunan hərbi toqquşmalar və təhlükəsizlik mühitindəki gərginlik əsas müzakirə mövzusu olub.
Rusiya və İran xarici işlər nazirləri arasında təcili telefon danışığı baş tutub. Primeinfo.az Rusiya XİN-in Teleqram kanalına istinadən xəbər verir ki, Sergey Lavrov və Seyid Abbas Əraqçi arasında söhbət Tehranın təşəbbüsü ilə reallaşıb. Danışıq zamanı Əraqçi İran rəhbərliyinin nüvə sazişi üzrə danışıqları pozan Amerika-İsrail hücumuna qarşı atdığı addımlar barədə həmkarını məlumatlandırıb.
23 fevral tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Qambiya Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar üzrə naziri Serinq Modou Njie arasında telefon danışığı baş tutub. XİN-dən Primeinfo.az-a verilən xəbərə görə, telefon danışığı zamanı Azərbaycan ilə Qambiya arasında mövcud ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Ötən ilin sentyabr ayında imzalanmış “Siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu”na uyğun olaraq, iki ölkənin Xarici İşlər Nazirlikləri arasında qısa müddət ərzində siyasi məsləhətləşmələrin keçirilməsinin önəmi vurğulanıb.