Bu qırmızı xəttimizdir! – Tatar
Türkiyənin Kipr adasındakı hərbi varlığı qırmızı xəttimizdir. Primeinfo.az Report-a istinadən xəbər verir ki, bunu Nyu-Yorkda BMT Baş katibi Antonio Quterreş və Kipr Prezidenti Nikos Xristodulidis ilə görüşdükdən sonra Şimali Kipr Türk Respublikasına qayıdan ölkə başçısı Ərsin Tatar hava limanında keçirdiyi mətbuat konfransında deyib. Ə.Tatar bildirib ki, Kipr adasında problem yalnız “iki dövlət” prinsipi ilə həll oluna bilər.