İran XİN rəhbəri Türkiyəyə səfər edəcək
İran xarici işlər naziri Abbas Əraqçi sabah Türkiyəyə səfər edəcək. Primeinfo.az xəbər verir ki, Əraqçi Türkiyə xarici işlər naziri Hakan Fidanla regional məsələləri müzakirə edəcək.
İran xarici işlər naziri Abbas Əraqçi sabah Türkiyəyə səfər edəcək. Primeinfo.az xəbər verir ki, Əraqçi Türkiyə xarici işlər naziri Hakan Fidanla regional məsələləri müzakirə edəcək.
Türkiyə və Fransa xarici işlər nazirləri Hakan Fidanla Jan-Noel Barro Rusiya-Ukrayna müharibəsini, eləcə də danışıqların son mərhələsini müzakirə ediblər. Primeinfo.az xəbər verir ki, Hakan Fidan və Jan-Noel Barro mətbuata birgə açıqlamalarında deyiblər ki, görüş zamanı bir sıra regional və beynəlxalq məsələləri müzakirə ediblər. Onların sırasında Suriya, Qəzza, İrandakı hadisələr, Aralıq dənizi təhlükəsizliyi məsələsi başda olmaqla, qlobal təhlükəsizliyi təhdid edən Rusiya-Ukrayna müharibəsi də olub.
Suriya hökuməti ilə Suriya Demokratik Qüvvələri arasında atəşkəs müddətinin uzadılmasından sonra Suriya ordusu Raqqa, Haseke və Hələb xətti boyunca iki humanitar yardım dəhlizi açıb. Primeinfo.az xəbər verir ki, bu dəhlizlər mülki əhalinin təhlükəsiz keçidini və yardımın çatdırılmasını asanlaşdırmaq üçün yaradılıb. Bu çərçivədə, Türkiyə Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) və Türk Qızıl Ayparasının dəstəyi ilə hazırlanmış 5-i 50 ton un, 1-i yorğan və 5-i uşaq bezi və qida ilə yüklənmiş ümumilikdə 11 yük avtomobili Suriya hökuməti və Hələb Yardım Koordinasiya Mərkəzi ilə əməkdaşlıq çərçivəsində bölgəyə göndərilib.
İstanbulda Bayrampaşa Bələdiyyəsinə qarşı aparılan korrupsiya araşdırması çərçivəsində saxlanılan 13 şübhəlidən səkkizi həbs olunub. Primeinfo.az bu barədə “Anadolu” agentliyinə istinadən xəbər verir. İstanbul Respublika Baş Prokurorluğu tərəfindən Bayrampaşa Bələdiyyəsindəki bəzi dövlət məmurlarına və digər şübhəlilərə qarşı “mənimsəmə”, “vəzifə səlahiyyətlərindən sui-istifadə”, “rüşvət vermə”, “rüşvət alma” və “tenderə fırıldaq qatışdırma” cinayətləri üzrə aparılan təhqiqat çərçivəsində saxlanılan 13 nəfərin polis bölməsindəki prosedurları başa çatıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb. Qeyd edilib ki, dövlət başçıları telefon danışığı zamanı Türkiyə ilə ABŞ arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə ediblər.
Türkiyə xarici işlər naziri Hakan Fidan 3 ölkənin xarici işlər naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib. Primeinfo.az APA-ya istinadla xəbər verir ki, Hakan Fidan Misir xarici işlər naziri Bədr Abdullati, Səudiyyə Ərəbistanı xarici işlər naziri Feysəl bin Fərhan və İordaniya xarici işlər naziri Eymən əs-Səfadi ilə telefon danışığı aparıb. Danışıq zamanı Qəzza ilə bağlı məsələlər və bölgədəki son vəziyyət müzakirə edilib.
Türkiyə Xarici İşlər Nazirliyi Suriyanın gələcəyi baxımından kürdlərlə bağlı mövcud vəziyyəti kritik adlandırıb və kürd koalisiyası olan “Suriya Demokratik Qüvvələri” (SDQ) ilə elan edilən atəşkəsin uğurla reallaşacağına ümid ifadə edib. Primeinfo.az-ın məlumatına görə, XİN-in bəyanatında qeyd olunur ki, Suriyanın keçid dövrü üzrə prezidenti Əhməd aş-Şaraa tərəfindən bu gün elan edilən atəşkəs və tam inteqrasiya haqqında razılaşma ölkənin ərazi bütövlüyü və birliyi əsasında sabitlik və təhlükəsizliyin təmin olunması istiqamətində səyləri sürətlə və effektiv şəkildə irəli aparmalıdır. Nazirlik qeyd edib ki, Türkiyə Suriyanın terrorizmlə mübarizə səylərini, eləcə də inklüziv yanaşma və həmrəylik prinsiplərinə əsaslanan bərpa təşəbbüslərini dəstəkləməyə davam edəcək.
Türkiyədə “Beynəlxalq Narkotik Qaçaqmalçılığı ilə Mübarizə” çərçivəsində əməliyyat həyata keçirilib və 220,7 kq kokain, 69 kq skunk narkotik maddəsi aşkarlanıb. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”dəki hesabında məlumat yayıb. Qadağan olunmuş maddələr Ədirnə Polis İdarəsinin Narkotiklə Mübarizə Şöbəsi tərəfindən Hamzabeyli gömrük ərazisində bir yük maşınında aparılan axtarış zamanı aşkar edilib.
Azərbaycan Türk dünyasının birliyinin güclənməsində lokomotiv rolunu oynayır.
İrandan Türkiyəyə hər hansı köç dalğası yoxdur.