Bu gün səhər İstanbul, Ankara, İzmir, Diyarbəkir və Balıkesir mərkəzli ərazilərdə FETÖ ilə mübarizə çərçivəsində aparılan əməliyyat nəticəsində 81 nəfər saxlanılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb. O qeyd edib ki, saxlanılanlar arasında fəaliyyətdə olan dövlət qulluqçuları da var.
Türk Hava Yolları 54 uçuşu ləğv edib. Primeinfo.az xəbər verir ki, bu barədə Türk Hava Yolları şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Qurumdan bildirilib ki, sabah gözlənilən əlverişsiz hava şəraiti səbəbilə İstanbul Hava Limanından qalxan və enən ümumilikdə 54 reys ləğv edilib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Venesuela prezidenti Nikolas Maduroya Türkiyəyə getmək imkanı təklif etməsi ilə bağlı xəbərləri təkzib edib. Primeinfo.a xəbər verir ki, bu barədə TRT məlumat yayıb. “Bizə belə bir məlumat gəlməyib; belə bir şey olmayıb”, – deyə Ərdoğan bildirib.
Türkiyənin Bingöl əyalətində zəif intensivli zəlzələ baş verib.
Yalovada 3 polisin şəhid olduğu İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatla bağlı saxlanılan 42 İŞİD üzvündən 26-sı həbs edilib.
“Qırmızı bülleten”lə axtarışda olan ümumilikdə 40 cinayətkar xaricdə saxlanılaraq Türkiyəyə ekstradisiya edilib. Primeinfo.az-ın məlumatına görə, Türkiyə Daxili İşlər Nazirliyinin İnterpol–Europol ilə koordinasiya ilə həyata keçirdiyi əməliyyatlar çərçivəsində, başda Gürcüstan olmaqla Almaniya, Bolqarıstan, ABŞ, Xorvatiya, İsveçrə, Monteneqro, Rusiya və Yunanıstanda saxlanılan şübhəlilər Türkiyəyə gətirilib. Məlumata görə, “qırmızı bülleten”lə axtarılan şəxslər arasında “qəsdən adam öldürmə”, “cinayət təşkilatına üzv olma”, “narkotik vasitələrin qanunsuz dövriyyəsi”, “uşağın cinsi istismarı”, “quldurluq”, “fahişəliyə təşviq”, “rəsmi sənədlərin saxtalaşdırılması” və “informasiya sistemləri vasitəsilə dələduzluq” kimi ağır cinayətlərdə ittiham olunanlar da var.
Türkiyə polisi İstanbul və Ankarada terror təşkilatı İŞİD-i hədəf alan əməliyyatlar həyata keçirilib.
Türkiyədə İŞİD üzvləri ilə toqquşmada yeddi polis yaralanıb.
Türkiyədə futbolda qanunsuz mərc oyunları istintaqı çərçivəsində daha 29 nəfər barəsində saxlanılma qərarı verilib. Primeinfo.az NTV-yə istinadən xəbər verir ki, saxlanılanlar arasında “Qalatasaray” klubunun keçmiş rəhbərlərindən Erden Timur da var. Futbolda qanunsuz mərc oyunları istintaqı çərçivəsində 14-ü futbolçu olmaqla 29 şübhəli barədə saxlanma qərarı çıxarılıb.
Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclası Bakıda keçiriləcək.