Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Türkiyəni Cümhuriyyət Günü münasibətilə təbrik edib. Primeinfo.Az xəbər verir ki, bununla bağlı XİN-in “X”dəki hesabında paylaşım olunub. “29 Oktyabr – Türkiyə Respublikasının əsasının qoyulmasının 102-ci ildönümü münasibətilə qardaş Türkiyə xalqını və dövlətini səmimi-qəlbdən təbrik edirik.
Bu gün Türkiyə Respublikasının qurulmasının 102 illiyidir.
Türkiyə Respublikasının ölkəmizdə səfərdə olan xarici işlər nazirinin müavini Ayşe Berris Ekinci Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovla görüşüb. Primeinfo.az-ın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində paylaşım edib. Görüşlər zamanı ikitərəfli münasibətlər, regional əməkdaşlıq və əlaqələrin inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Türkiyədə ilk yeni “Altay” tanklarının təhvil verilməsi mərasimi keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “X” hesabında paylaşım edilib. Prezident bildirib ki, bu hadisə Türkiyə müdafiə sənayesində yeni bir mərhələnin başlanğıcıdır: “Altay tankı ilə tank texnologiyasında yeni bir dövrün qapılarını ardına qədər açmış oluruq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balıkesir vilayətindəki güclü zəlzələ ilə bağlı X səhifəsində açıqlama yayıb.
Türkiyənin Balıkesir vilayətinin Sındırqı ilçəsində 6,1 bal gücündə zəlzələ baş verib.
Böyük Britaniyanın Baş naziri Keyr Starmer Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə oktyabrın 27-də Ankaraya rəsmi səfər edəcək. Primeinfo.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran X səhifəsində yazıb. Səfər çərçivəsində keçiriləcək görüşlərdə strateji xarakter daşıyan Türkiyə–Böyük Britaniya münasibətləri, eləcə də regional və beynəlxalq gündəmin aktual məsələləri müzakirə olunacaq.
PKK terror təşkilatı İraqın Türkiyə ilə sərhəddə Zap və Metina bölgələrindəki düşərgə və mağaralardan da çıxacaq. Primeinfo.az xəbər verir ki, bu barədə PKK nümayəndələrinin İraqın şimalında yaydığı açıqlamada bildirilib. Qeyd olunur ki, sərhəd bölgələrində münaqişə riski yaradan mümkün təxribatlara şərait yaradan mövqelərdə də oxşar addımlar atılır.
Türkiyənin Diyarbəkir vilayətində 4 bal gücündə zəlzələ qeydə alınıb. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb Mlumata görə, yeraltı təkanlar yerin 13,15 kilometr dərinliyində meydana gəlib. Dağıntı və təlafat barədə məlumat yoxdur.
PKK terror təşkilatı Türkiyədəki fəaliyyətinə son qoyduğunu və silahlılarını geri çəkdiyini açıqlayıb.