Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: ukrayna

Növbəti üçtərəfli görüş bu ölkədə keçiriləcək

Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü ABŞ, Ukrayna və Rusiya arasında Birləşmiş Ərəb Əmirliklərində ikigünlük üçtərəfli görüşlərin keçiriləcəyini elan edib. Primeinfo.az-ın məlumatına görə, o, görüşün Amerika danışıqlar qrupunun Moskvaya səfərindən sonra baş tutacağını bildirib. “Ruslar kompromislərə hazır olmalıdırlar, çünki təkcə Ukrayna deyil, hamı hazır olmalıdır və bu, bizim üçün vacibdir”, -deyə Zelenski Davosda çıxışı zamanı vurğulayıb.

“Azərbaycanın verdiyi texniki dəstək həyati əhəmiyyət kəsb edir” - Ukraynanın Baş naziri

Ukraynanın Baş naziri Yuliya Sviridenko yaxın günlərdə ölkənin enerji sisteminin bərpası üçün Azərbaycan, Slovakiya və Çexiyadan yeni yardım paketlərinin daxil olacağını açıqlayıb. Primeinfo.az xəbər verir ki, hökumət başçısı bu barədə özünün sosial şəbəkə hesabında məlumat paylaşıb. Sviridenko bildirib ki, Azərbaycanın təqdim etdiyi növbəti humanitar dəstəyə generatorlar, transformatorlar, güc kabelləri və digər zəruri elektrik avadanlıqları daxildir: “Kəskin şaxtalar və Rusiyanın davamlı raket zərbələri fonunda Azərbaycanın verdiyi texniki dəstək dağıdılmış infrastrukturun operativ bərpası və əhalinin istiliklə təmin olunması üçün həyati əhəmiyyət kəsb edir”.

Ukraynanın keçmiş prezidenti 15 il azadlıqdan məhrum edildi

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç qiyabi olaraq 15 il müddətinə azadlıqdan məhrum edilib. O, torpaq sahələrinin qanunsuz mənimsənilməsində təqsirli bilinib. Primeinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Ukraynanın Xüsusi Anti-Korrupsiya Prokurorluğu rəsmi “Telegram” kanalında məlumat yayıb.

Bu ölkə Kiyevə 60 milyon ayırdı

Almaniya Ukraynanın energetika sektoruna 60 milyon avro ayıracaq. Primeinfo.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andriy Sibiha məlumat yayıb. Nazirin sözlərinə görə, Almaniya tərəfinin bu gün elan etdiyi 60 milyon avroluq əlavə paket Ukraynanın qış dövründə enerji təminatına dəstək məqsədi daşıyır.

Zelenski Zalujnı ilə görüşdü

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Böyük Britaniyadakı səfiri və Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Zelenski özünün teleqram kanalında məlumat yayıb. Ukrayna lideri səmimi keçən görüş zamanı Zalujnıya komandasındakı fəaliyyətinə görə təşəkkür etdiyini bildirib.

Hikmət Hacıyev Ukrayna səfiri ilə bu məsələni müzakirə etdi

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ukrayna səfiri Yuri Qusevlə görüşərək strateji tərəfdaşlığı müzakirə edib. Primeinfo.az xəbər verir ki, bu barədə səfir “X” hesabında yazıb. Bildirilib ki, görüş çərçivəsində 2025-ci il nəticələri və 2026-cı ildə strateji tərəfdaşlığı daha da gücləndirmək üçün addımlar müzakirə edilib.

Ukraynanın yeni müdafiə naziri təsdiqləndi

Ukrayna Ali Radası ikinci cəhddə Mixaylo Fedorovu müdafiə naziri təyin edib. Primeinfo.az xəbər verir ki, parlamentin 277 üzvü təyinatın lehinə səs verib, minimum tələb olunan say isə 266 nəfər olub. Bir gün əvvəl parlament üzvləri Fedorovun təyinatını rədd etmişdilər.

Yuliya Timoşenkonun ofisində axtarış aparılıb  

Ukraynanın keçmiş Baş naziri Yuliya Timoşenkonun “Batkivşçina” partiyasının ofisində axtarışlar aparılıb. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə “RBK-Ukraine” məlumat yayıb. Timoşenkonun sözlərinə görə, axtarış tədbirləri bütün gecə davam edib.