Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: ukrayna

Lukaşenko 31 Ukrayna vətəndaşını əfv etdi

Belarus prezidenti Aleksandr Lukaşenko həbsdə olan 31 Ukrayna vətəndaşını əfv edib. Primeinfo.az xəbər verir ki, bu barədə “Belta” məlumat yayıb. Bildirilir ki, əfv sərəncamı Lukaşenko və ABŞ lideri Donald Tramp arasında əldə olunan razılaşmaların davamı olaraq imzalanıb.

Amerikalı generallar Moskvaya gedir

  Bir qrup amerikalı general gələn həftənin sonlarında ABŞ-ın Ukraynaya dair sülh planını müzakirə etmək üçün Moskvaya gedəcək. Primeinfo.az xəbər verir ki, məlumatı Britaniyanın “The Guardian” qəzeti ABŞ-dakı mənbələrə istinadən yayıb. Qeyd edək ki, noyabrın 20-də ABŞ ordusunun katibi Daniel Driskolun rəhbərlik etdiyi Amerika nümayəndə heyəti Kiyevdə keçirilən görüşdə Prezident Donald Trampın münaqişənin həlli planını Volodimir Zelenskiyə təqdim edib.

Zelenskidən Trampın planına reaksiya: "Ukraynaya sülh lazımdır"

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidentinin 28 maddəlik sülh planına münasibət bildirib. Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki,  o, “Teleqram”da etdiyi paylaşımda Ukraynanın real sülhə can atdığını deyib və sülh prosesini pozmağa cəhd etməyəcəyinə əmin edib. Zelenski qeyd edib ki, ABŞ nümayəndələri ilə görüşüb və ABŞ tərəfi öz təkliflərini – müharibəyə son qoymaq üçün planın bəndlərini təqdim edib.

Zelenski ABŞ-dən sülh sazişi layihəsi aldı

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dən Rusiya‑Ukrayna müharibəsinin sülh yolu ilə başa çatdırılmasına dair saziş layihəsini alıb. Primeinfo.az xəbər verir ki, bunu Ukrayna liderinin Ofisi “Telegram” kanalında bəyan edib. “Ukrayna Prezidenti rəsmi olaraq ABŞ tərəfindən diplomatiyanı aktivləşdirə biləcək plan layihəsini alıb”, – deyə məlumatda qeyd olunur.

Ukrayna prezidenti Pentaqon nümayəndələri ilə görüşüb

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin ordu naziri Den Driskoll və bir neçə amerikalı generalın təmsil olunduğu nümayəndə heyəti ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” mənbəyə istinadən bildirib. Qeyd olunub ki, tezliklə daha geniş formatda növbəti görüş başlayacaq.

Rusiyanın müxtəlif regionları üzərində 65 Ukrayna PUA-sı vurulub

Rusiya hava hücumundan müdafiə sistemləri gecə ərzində ölkə ərazisi üzərində ümumilikdə 65 Ukrayna pilotsuz uçuş aparatını məhv edib. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, gecə ərzində hava hücumundan müdafiə sistemləri ümumilikdə 65 Ukrayna PUA-sını vurub.

ABŞ Ukraynanın öz ərazilərindən imtina etməsini təklif edib

ABŞ Ukrayna Prezidenti Volodimir Zelenskiyə Rusiya ilə münaqişəyə son qoymaq üçün Vaşinqton tərəfindən hazırlanmış çərçivə planını qəbul etməyi təklif edib. Primeinfo.az-ın məlumatına görə, bu barədə “Reuters”ə iki mənbə bildirib. Onların fikrincə, plan layihəsi digər məsələlərlə yanaşı, Kiyevin bəzi əraziləri və müəyyən silah növlərini verməsini, həmçinin Ukrayna Silahlı Qüvvələrinin sayının azaldılmasını nəzərdə tutur.