Gələn il üçün yaşayış minimumu 300 manat olacaq
Gələn il üçün yaşayış minimumu ölkə üzrə 300 manat olacaq.
Gələn il üçün yaşayış minimumu ölkə üzrə 300 manat olacaq.
Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Primeinfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsi və “Dövlət rüsumu haqqında” dəyişiklikdə əksini tapıb. Vergi Məcəlləsinə dəyişikliyə görə, ölkəyə idxal edilən mobil cihazların hər bir ədədi üçün 20 manat aksiz vergisi tətbiq olunacaq.
Prezident İlham Əliyev Milli Məclisin dekabrın 9-da qəbul etdiyi Vergi Məcəlləsinə və 16 qanuna dəyişiklikləri təsdiqləyib.
Fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulacaq. Primeinfo.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Beləliklə ki, mövcud qanunvericilikdə fiziki şəxslərin mənzil kirayə verilməsindən əldə olunan gəlirdən 14% verginin ödənilməsi nəzərdə tutulurdusa, yeni dəyişikliklərdə bu hədd 10%-ə endirilir.
Milli Məclis vergi siyasəti, vergi inzibatçılığı və vergi dərəcələrinin müəyyən edilməsi ilə bağlı Vergi Məcəlləsinə və 16 qanuna dəyişiklikləri ilk oxunuşda qəbul edib.