Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin Kahramanmaraş bölgəsində baş verən zəlzələnin ildönümü ilə bağlı paylaşım edib. Primeinfo.az xəbər verir ki, nazirlik bu barədə sosial media hesabında paylaşım edib. “Qardaş Türkiyənin Kahramanmaraş bölgəsində baş vermiş ağır zəlzələnin ildönümündə bu böyük fəlakətin yaratdığı dərin ağrını və kədəri bir daha xatırlayır, minlərlə insanın həyatına son qoymuş, genişmiqyaslı dağıntılara səbəb olmuş bu faciənin qurbanlarının əziz xatirəsini dərin hüznlə yad edirik.
Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa Departamentinin direktoru Məmməd Talıbov və Niderlandın Azərbaycandakı səfiri Mariann de Yonq ikitərəfli əməkdaşlığın inkişafını müzakirə ediblər. Primeinfo.az xəbər verir ki, bu barədə Niderlandın Azərbaycandakı səfirliyinin “Facebook” hesabında paylaşım edilib. “Müzakirələr Niderland və Azərbaycan arasında ikitərəfli münasibətlərin gələcək inkişafına həsr olunub”, – məlumatda bildirilib.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan həmkarı Abdullah bin Zayed Əl Nəhyan ilə görüşüb.
Rusiya bütün hallarda tərəfdaşları qarşısında beynəlxalq öhdəliklərə sadiqdir. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib. “Rusiya ənənəvi müttəfiqlərini – Ermənistan, Suriya, Venesuela və İranı – ABŞ-ın taleyinə buraxırmı?” sualına cavab olaraq bildirilib ki, məsələnin bu cür qoyuluşu ilə razılaşmaq olmaz.
Avropa İttifaqı ölkələrinin Tehrandakı səfirlərinin hamısı İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Primeinfo.az xəbər verir ki, bunu İran XİN-in mətbuat katibi İsmayıl Bəqayi bugünkü brifinqdə deyib. O bildirib ki, Avropa İttifaqı ölkələrinin İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımasına cavab olaraq Avropa ölkələrinin səfirlərinin XİN-ə çağırılması minimal addımdır və bu istiqamətdə əlavə tədbirlər görüləcək.
Azərbaycanın Xarici İşlər Nazirliyi Pakistanın Bəlucistan əyalətində törədilmiş terror hücumlarını pisləyib.
Monteneqro vizasını almaq üçün Azərbaycan vətəndaşları bu ölkənin Türkiyədəki səfirliyinin Bakıdakı ofisinə müraciət edə bilərlər.
Pekində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Çin Xalq Respublikasının xarici işlər naziri Van İ arasında geniştərkibli görüş keçirilib.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çinə gedəcək.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 27 yanvar – Beynəlxalq Holokost Qurbanlarını Anma Günü ilə bağlı paylaşım edib. Primeinfo.az xəbər verir ki, bu barədə nazirlik “X” sosial media hesabında post paylaşıb. “27 yanvar – Beynəlxalq Holokostu Anma Günündə insanlıq tarixinin ən dəhşətli cinayətlərindən birinin qurbanlarını dərin ehtiramla yad edirik.