Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Banqladeşin ölkədəki qeyri-rezident səfiri Amanul Haqqı qəbul edib. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüş zamanı Azərbaycanla Banqladeş arasında ikitərəfli və çoxtərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
11 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidana zəng vurub.
Pakistanın İslamabad və Vana şəhərlərində baş verən və çoxsaylı insan tələfatına səbəb olan terror aktı xəbərindən dərin kədər hissi keçiririk.
Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəyə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəza törətməsi ilə bağlı qardaş ölkəyə başsağlığı verib. Primeinfo.az xəbər verir ki XİN-in “X” hesabında başsağlığı mesajı paylaşılıb. “Azərbaycandan Türkiyəyə istiqamətlənən qardaş Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması xəbəri bizi dərindən sarsıtdı.
3 dekabrda Brüsseldə NATO xarici işlər nazirlərinin görüşü keçiriləcək və proqram təsdiqlənəcək.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan noyabrın 11-də Danimarkaya iki günlük işgüzar səfər edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan Feysbuk səhifəsində yazıb. Məlumata görə, Mirzoyan danimarkalı həmkarı Lars Lökke Rasmussenlə görüşəcək.
Türkiyə XİN Azərbaycanı Dövlət bayrağı günü münasibətiylə təbrik edib
Niderland Xarici İşlər Nazirliyinin (XİN) Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin rəhbəri Kerolayn Ramakers noyabrın 13-14-də Azərbaycana səfər edəcək. Bu barədə Primeinfo.az Niderlandın Bakıdakı səfirliyindən məlumat verilib. Səfəri çərçivəsində K.Ramekers ikitərəfli əməkdaşlığı və tərəfdaşlıq əlaqələrini gücləndirmək imkanlarını müzakirə etmək üçün Azərbaycanın biznes və dövlət qurumları nümayəndələri ilə görüşlər keçirəcək.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib. Primeinfo.az xəbər verir ki, bu barədə nazir “X” sosial media hesabında paylaşım edib. “Qardaş Azərbaycanın 8 Noyabr – Zəfər Gününü ən səmimi duyğularımla təbrik edirəm.
Pakistan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib. Primeinfo.az xəbər verir ki, təbrik XİN-in “X” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib. “Zəfər Günü münasibətilə Azərbaycan hökuməti və xalqını səmimi qəlbdən təbrik edirik”, – paylaşımda deyilir.