Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının (STX) hazırlanması üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib. Bu barədə Primeinfo.az Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. İclas onlayn formatda və tam tərkibdə keçirilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 16-cı Səfirlər Konfransı çərçivəsində xarici işlər naziri Hakan Fidanı və xarici ölkələrin səfirlərini qəbul edib. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd edək ki, bu gün Ankarada 16-cı Səfirlər Konfransı keçirilib.
Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiyadakı Amerika Ticarət Palatasının üzvləri ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüş zamanı Lavrov Tramp administrasiyasının Ukraynadakı münaqişənin davamlı həlli istiqamətində nümayiş etdirdiyi səyləri, mövcud beynəlxalq vəziyyətin inkişaf tendensiyalarını, eləcə də Rusiya-Amerika münasibətlərinin perspektivlərini qiymətləndirib..
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla pakistanlı həmkarı Məhəmməd İshaq Dar arasında görüş olub.
Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Tailand Krallığında səfərdə olub.
Yaxın vaxtlarda Ukrayna xarici işlər naziri vəzifəsinə nazirin birinci müavini Sergey Kislitsa təyin olunacaq. Primeinfo.az xəbər verir ki, bu barədə “Insider” məlumat yayıb. Məlumata görə, XİN-in hazırkı rəhbəri Andrey Sibiqa Polşaya səfir göndəriləcək.
Almaniya Xarici İşlər Nazirliyi kiberhücum və dezinformasiya kampaniyaları ilə əlaqədar Rusiya səfiri Sergey Neçayevin XİN-ə çağırıldığını bildirib. Primeinfo.az xəbər verir ki, bu barədə TASS Almaniya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. “Bu gün səhər Rusiya səfirini Almaniya Xarici İşlər Nazirliyinə çağırdıq və Rusiyanın fəaliyyətini çox diqqətlə izlədiyimizi, buna qarşı tədbirlər gördüyümüzü açıq şəkildə bildirdik.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyartonun həmsədrlik etdikləri Azərbaycan–Macarıstan Strateji Dialoqunun 3-cü iclası Budapeştdə keçirilib. Bu barədə Primeinfo.az-a Xarici İşlər Nazirliyindən bildirilib. İclasda Azərbaycan–Macarıstan strateji tərəfdaşlığının mükəmməl səviyyəsini yüksək qiymətləndirib və dostluq, ortaq maraqlar və yüksək səviyyəli siyasi dialoqla dəstəklənən dinamik inkişafı nəzərdən keçirilib.
Budapeştdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto arasında görüş keçirilir. Bu barədə Primeinfo.az-a XİN-dən bildirilib. Qeyd edilib ki, görüş 3-cü Azərbaycan–Macarıstan Strateji Dialoq çərçivəsində baş tutur.
Dekabrın 11-də Banqkok şəhərində Azərbaycan Respublikasının Tailand Krallığındakı Səfirliyinin rəsmi açılış mərasimi keçirilib. Bu barədə Primeinfo.az-a Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd edilib ki, xarici işlər nazirinin müavini Elnur Məmmədov Azərbaycan Respublikasının Tailand Krallığındakı Səfirliyinin açılış mərasimində iştirak edib.