Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və türkiyəli həmkarı Hakan Fidan Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının 32-ci iclası çərçivəsində ayaqüstü görüş keçiriblər. Bu barədə Primeinfo.az-a Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına istinadən xəbər verir. Bildirilib ki, A.Mirzoyan iştirakçı ölkələrdən bir sıra həmkarları ilə söhbət aparıb.
Azərbaycan və Ermənistan hazırda ikitərəfli münasibətlərdə ən dinc və sabit dövrü yaşayırlar.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Vyanada keçirilən 32-ci Nazirlər Şurası iclası çərçivəsində Niderlandın XİN rəhbəri David Van Veel ilə görüş keçirib. Primeinfo.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında bildirilib. Görüşdə iki ölkə arasında münasibətlərin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyanın Avropa və Şimali Amerika, həmçinin Britaniyanın Dənizaşırı Əraziləri üzrə dövlət naziri Stefan Dauti ilə görüşüb. Primeinfo.az Azərbaycan XİN-ə istinadən xəbər verir ki, görüş ATƏT Nazirlər Şurasının Vyanada keçirilən 32-ci iclası çərçivəsində baş tutub. Görüşdə Azərbaycan–Böyük Britaniya əməkdaşlığının mövcud vəziyyəti və perspektivləri, o cümlədən siyasi dialoq, enerji təhlükəsizliyi, ticarət və investisiya sahələri müzakirə olunub.
Baş nazir Əli Əsədov Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) kollegiyasının üzvlərinin sayının və tərkibinin təsdiq edilməsi haqqında Qərar imzalayıb. Primeinfo.az xəbər verir ki, Qərarla XİN-in kollegiyasının üzvlərinin sayı 11 nəfərdən ibarət müəyyənləşdirilir və aşağıdakı tərkibdə təsdiq edilir: Kollegiyanın sədri Azərbaycan Respublikasının xarici işlər naziri Kollegiyanın üzvləri: Azərbaycan Respublikası xarici işlər nazirinin müavinləri “ADA” Universitetinin rektoru Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Hüquqi təminat idarəsinin rəisi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kadrlar idarəsinin rəisi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasında İdarəsinin rəisi. Həmçinin, Qərarla “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kollegiya üzvlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 3 sentyabr tarixli 122 nömrəli Qərarı ləğv edilir.
2 dekabr 2025-ci il tarixində Xarici İşlər Nazirliyinin inzibati binasında 2025-2026-cı illər üzrə “Diplomatiya Könüllüləri” qrupuna qəbul olunmuş könüllülərlə ilkin tanışlıq görüşü keçirilib. XİN-dən Primeinfo.az-a verilən xəbərə görə, görüşdə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi, mətbuat katibi Ayxan Hacızadə və Kadrlar idarəsinin rəisi Raman Məmmədov çıxış edib. Görüş zamanı könüllülərə Xarici İşlər Nazirliyin iş fəaliyyəti, strukturu, Nazirliyin nəzdində fəaliyyət göstərən “Diplomatiya Könüllüləri” qrupunun fəaliyyəti, proqramın məzmunu barədə ətraflı məlumat verilib.
Dekabrın 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna arasında telefon danışığı aparılıb.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) Milli Günü münasibətilə təbrik edib.
Litvanın müvəqqəti işlər vəkili Erikas Vilkanetsas PUA ilə bağlı insidentlə əlaqədar bu gün Belarus Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Primeinfo.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Belarus XİN-in mətbuat xidməti məlumat yayıb. “Noyabrın 30-da Litvanın Lazdiyski rayonundan sərhədi keçən və Qrodno şəhərinə düşən təyyarə tipli pilotsuz uçuş aparatının Belarus dövlət sərhədini pozması ilə əlaqədar müvəqqəti işlər vəkilinə etiraz bildirilib.
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Rumıniyanı Milli Günü münasibətilə təbrik edib. Primeinfo.az xəbər verir ki, bununla bağlı XİN-in “X”dəki hesabında paylaşım olunub. “Rumıniya hökuməti və xalqına səmimi təbriklərimizi və ən xoş arzularımızı göndəririk”, – paylaşımda vurğulanıb.