Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Oman xarici işlər naziri Badr əl-Busaidi arasında təkbətək görüş keçirilir. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib. Happening now: Tête-à-tête meeting between the Minister of Foreign Affairs of the Republic of #Azerbaijan @Bayramov_Jeyhun and Foreign Minister of the Sultanate of Oman @badralbusaidi.
Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Qəzzaya son hücumlarını kəskin şəkildə qınayıb. Primeinfo.az xəbər verir ki, Türkiyənin xarici siyasət idarəsi bununla bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, sözügedən hücumlar atəşkəsi açıq şəkildə pozur.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəni Respublika Günü münasibətilə təbrik edib.
Türkiyə Respublikasının ölkəmizdə səfərdə olan xarici işlər nazirinin müavini Ayşe Berris Ekinci Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovla görüşüb. Primeinfo.az-ın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində paylaşım edib. Görüşlər zamanı ikitərəfli münasibətlər, regional əməkdaşlıq və əlaqələrin inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Avstriya hökumətini və xalqını milli bayramı münasibətilə təbrik edib.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qazaxıstanı təbrik edib. Primeinfo.az xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib. “Qazaxıstanın Milli Günü münasibətilə qardaş Qazaxıstana və xalqına səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Birləşmiş Millətlər Təşkilatının yaranmasının 80 illiyi və BMT Günü münasibətilə təşkilatı təbrik edib. Primeinfo.az xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib. “Bu gün Birləşmiş Millətlər Təşkilatı Günü və Birləşmiş Millətlər Təşkilatının 80-ci ildönümüdür.
Türkiyə xarici işlər nazirinin müavini Berris Ekinci Azərbaycana səfər edəcək. Primeinfo.az xəbər verir ki, nazir müavini Bakıya oktyabrın 27-si gələcək.
Ölkəmizdə səfərdə olan Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahknanın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 22-də Şəhidlər xiyabanını ziyarət edib. Primeinfo.az xəbər verir ki, nazir burada Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Sonra Bakının mənzərəsini seyr edən qonaqlara Azərbaycan paytaxtında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Azərbaycan və Estoniya arasında münasibətlər getdikcə yaxşılaşır: “Azərbaycan həm Estoniya, həm də region üçün önəmli ölkədir.