Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: #xin

Ceyhun Bayramov: TDT arasında qardaşlıq və qarşılıqlı etimad gələcəyə ümidlə baxmağımıza möhkəm əsasdır

“Ortaq dil, tarix və ənənələrə söykənən, Naxçıvan müqaviləsi ilə təməli qoyulan təşkilatımız çərçivəsində siyasi, iqtisadi və mədəni istiqamətlər daxilində 35-dən çox sahədə əməkdaşlıq inkişaf edib”. Primeinfo.az xəbər verir ki, bunu Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının toplantısında Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov deyib. Nazir bildirib ki, beynəlxalq qurumlara inamın sarsıldığı dövrdə TDT arasında qardaşlıq və qarşılıqlı etimad əsasında qurulan əməkdaşlıq əlaqələrinin dinamikası hamımız üçün təkcə qürur mənbəyi deyil, gələcəyə ümidlə baxmağımıza möhkəm əsasdır: “Bu gün təşkilatımızın daha da gücləndirilməsi üçün üzv dövlətlərin təkliflərini dinləyəcəyik.

Türkiyə və Azərbaycan xarici işlər nazirləri Qəbələdə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov Qəbələdə türkiyəli həmkarı Hakan Fidanla görüşüb. Primeinfo.az xəbər verir ki, Ceyhun Bayramov bu barədə öz “X” hesabında məlumat verib. “Həmkarım və dəyərli qardaşım, Türkiyə Respublikasının Xarici İşlər Naziri Hakan Fidan ilə Qəbələ şəhərində keçirilən Türkdilli Dövlətlər Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində görüşməkdən məmnunam.

Ceyhun Bayramov keçmiş həmkarına zəng etdi

29 sentyabr 2025-ci tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstan Respublikasının keçmiş xarici işlər naziri Murat Nurtleu arasında telefon danışığı baş tutub. XİN-dən Primeinfo.az-a verilən xəbərə görə, nazir Ceyhun Bayramov, Murat Nurtleunu dost və qardaş Qazaxıstan Respublikasının xarici işlər naziri vəzifəsində çalışdığı müddətdə Azərbaycan və Qazaxıstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsində göstərdiyi səyləri məmnunluqla xatırlayaraq, iki ölkə arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə təşəkkür edib. Nazir Ceyhun Bayramov, Murat Nurtleuya gələcək məsul vəzifələrində və fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan XİN-nin Anım Gününə dair BƏYANATI

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 27 sentyabr – Anım Gününə dair bəyanat yayıb. Primeinfo.az xəbər verir ki, bəyanatda deyilir: “Bu gün, ölkəmizə qarşı təcavüzə və torpaqlarımızın 30 ilə yaxın işğalına son qoyulması ilə nəticələnən 44 günlük Vətən müharibəsinin başlanmasından 5 il ötür. Məhz 5 il əvvəl bu gün Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Azərbaycan silahlı qüvvələri 30 illik tarixi ədalətsizlik, ərazi bütövlüyümüz, suverenliyimiz və beynəlxalq hüququn kobud şəkildə pozulmasına qarşı mübarizəyə qalxdı.

Bu şəxslər vizadan azad edildi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Maldiv Adalarının xarici işlər naziri ilə görüşərək, ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsini müzakirə edib.

Bayramov özbəkistanlı həmkarı ilə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən Fövqəladə Ərəb-İslam Sammiti çərçivəsində Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov ilə görüşüb.