Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Əlcəzair Xalq Demokratik Respublikasına rəsmi səfərə yola düşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, sSəfər çərçivəsində nazir Ceyhun Bayramovun 4 noyabr tarixində Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attaf və digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Panamanı Milli Günü münasibətilə təbrik edib. Primeinfo.az xəbər verir ki, bu barədə nazirliyin “X” sosial media hesabında paylaşım edilib. Congratulations to Panama and its people on the occasion of the National Day!
Türkiyənin xarici işlər naziri Hakan Fidan Zəfər paradında iştirak etmək üçün Azərbaycana gələcək. Primeinfo.az Teleqraf-a istinadla xəbər verir ki, səfər noyabrın 7-ə planlaşdırılıb. Qeyd edək ki, Bakıda Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümünə həsr edilmiş parad keçiriləcək.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Böyük Millət Məclisinin üzvü, Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Desticini qəbul edib. Bu barədə Primeinfo.az Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş zamanı Azərbaycan və Türkiyə arasında qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın Səmərqənd şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının (UNESCO) Baş Konfransının 43-cü sessiyasında çıxışı zamanı təhsil sahəsində dayanıqlı inkişaf baxımından Azərbaycan tərəfindən görülən işlərin əhəmiyyətini vurğulayıb. Primeinfo.az-ın məlumatına görə, nazir Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü il 8 iyul tarixli Fərmanı ilə təsis olunmuş Heydər Əliyev Beynəlxalq Təhsil Qrantı proqramı çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatının üzv ölkələrindən hər il 100 tələbəyə, ümumilikdə 5 il ərzində 500 tələbəyə Azərbaycanda təhsil almaq imkanı yaradıldığını bildirib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın Səmərqənd şəhərinə işgüzar səfəri çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili ilə görüşüb.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Prezidenti Şövkət Mirziyoyev ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN “X”-də paylaşım edib. Görüş Səmərqənddə keçirilən UNESCO Baş Konfransının 43-cü sessiyası çərçivəsində baş tutub.
İran Ermənistana və Gürcüstana yeni səfirlər – Xəlil Şirqulami və Əli Mocanini təyin edib. Primeinfo.az IRNA-ya istinadən məlumatına görə, onları İranın xarici işlər naziri Abbas Əraqçi Şərqi Azərbaycan əyalətinin iqtisadi məsələlərinə dair müşavirə zamanı təqdim edib.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov ilə görüşüb.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 29 oktyabr 2025-ci il tarixində Özbəkistan Respublikasının Səmərqənd şəhərinə işgüzar səfərə yola düşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, səfər çərçivəsində, xarici işlər nazirinin 30-31 oktyabr tarixlərində Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının (YUNESKO) Baş Konfransının 43-cü sessiyasında iştirakı və çıxışı, həmçinin yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.