Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Yagisli hava

Bu yolda sürət həddi endirildi

Yağışa görə bu yolda sürət həddi müvəqqəti endirildi Primeinfo.az xəbər verir ki, hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda “sürüşkən yol” işarəsi qoyulub.

Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO

Yağışlı havada sürücülərin sürəti artırması piyadalar üçün ciddi problemə çevrilir. Primeinfo.az Xəzər TV-yə istinadla xəbər verir ki, paytaxtın müxtəlif küçələrində yollarda yığılan su avtomobillərin təkərləri vasitəsilə yol kənarında dayanan insanların üzərinə sıçrayır. Bu isə həm narazılıq yaradır, həm də təhlükəsizlik baxımından risk hesab olunur.

Polis yağışlı havada fasiləsiz xidməti davam etdirir - VİDEO

Davam edən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakı və Sumqayıt şəhərlərində, eləcə də respublikanın digər bölgələrində polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər. Primeinfo.az xəbər verir ki, vətəndaşların təhlükəsizliyinin və rahat hərəkətinin təmin edilməsi məqsədilə polis naryadları küçə və prospektlər boyu xidmətə cəlb olunublar. Nəqliyyatın hərəkəti Yol Patrul Xidməti, Post Patrul Xidməti və digər aidiyyəti əməkdaşlar tərəfindən tənzimlənir, sürücülər və piyadalarla profilaktik iş aparılır.

Bakıya aylıq normadan 4 dəfədən çox yağıntı düşüb - FAKTİKİ HAVA

Martın 28-i saat 11:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Primeinfo.az-a verilən məlumata görə, martın 28-i saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində intensiv xarakterli yağıntılı hava şəraiti davam edir, dağlıq ərazilərə qar yağır. Xınalıqda düşən qarın miqdarı 39 mm (aylıq normanın 104%-i), əmələ gələn qar örtüyünün hündürlüyü isə 10 sm, Şahdağda 35 (aylıq normanın 93%-i), əmələ gələn qar örtüyünün hündürlüyü isə 49 sm, Qrızda 60 (aylıq normanın 146%-i), qar örtüyünün hündürlüyü 17 sm, Kəlbəcərdə 7, Laçında 5, Qubadlı, Şuşada 1 sm-dir.

Polis gücləndirilmiş iş rejiminə keçdi - VİDEO

Davam edən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakı şəhəri və respublikanın digər bölgələrində polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparırlar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Primeinfo.az-a bildirilib ki, intensiv yağıntılarla əlaqədar vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə xidmətə əlavə polis naryadları cəlb olunub. Küçə və prospektlərdə nəqliyyatın hərəkəti Yol Patrul Xidməti əməkdaşları tərəfindən tənzimlənir.

Azərbaycanda yağış və qar yağır - FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Primeinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin fevralın 10-u saat 10:00-a olan məlumatında bildirilib. Qeyd olunub ki, əksər ərazilərə yağış, bəzi bölgələrə isə qar yağır.

Bu yolda hava şəraiti ilə bağlı sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.