Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: yağışlı hava şəraiti

Bu yolda sürət həddi bərpa edildi

Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakının Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

216 nəfər təhlükəsiz əraziyə təxliyə edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri ötən gecə fasiləsiz olaraq davam etdirilib. Primeinfo.az xəbər verir ki, görülmüş tədbirlər nəticəsində 36-sı azyaşlı olmaqla ümumilikdə 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib. https://youtu.be/NPdU4BzLhVM

Yağışa görə işıqforlar fasiləsiz diqqətdə saxlanılır - NİİM - FOTO 

Hazırda davam edən intensiv yağıntı ilə əlaqədar paytaxtda svetoforlar və onların idarəetmə qurğuları fasiləsiz olaraq diqqətdə saxlanılır. Primeinfo.az xəbər verir ki, hava şəraiti səbəbindən yaranan texniki problemlər həll edilir, nəqliyyat vasitələrinin rahat hərəkəti üçün yol polisi ilə birgə informasiya mübadiləsi aparılır. Yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkəti və operativliyin təmin edilməsi məqsədilə vətəndaşlardan xahiş edilir ki, paytaxt ərazisində yerləşən svetoforlarda hər hansı problemlə rastlaşdıqda DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 24 saat rejimində çalışan +994 12 404 41 22 telefon nömrəsinə məlumat versinlər.