Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: zəhərlənmə

KTM: "Ötən ay 88 nəfər zəhərlənib, 6 nəfər ölüb"

2026-cı ilin fevral ayında Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə ümumilikdə 88 nəfər müxtəlif mənşəli zəhərlənmə səbəbi ilə hospitalizasiya olunub. Primeinfo.az xəbər verir ki, bu barədə KTM məlumat yayıb. “Vaxtında aparılan düzgün müalicə tədbirləri nəticəsində 82 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar.

Ukrayna Ali Radasında 20-yə yaxın deputat zəhərlənib

Ukrayna Ali Radasında deputatlar zəhərlənib. Primeinfo.az xəbər verir ki, bu barədə “Ukrinform“ agentliyi məlumat yayıb. Məlumata görə, təxminən 20-yə yaxın deputatda yüksək hərarət və ürəkbulanma müşahidə olunub.

Salyanda bir ailənin 4 üzvü qidadan zəhərləndi - 11 yaşlı uşaq öldü

Salyan rayonunun Qaraçala kəndində 11 yaşlı uşaq qidadan zəhərlənərək ölüb Primeinfo.az APA-ya istinadla xəbər verir ki, ötən gecə qida zəhərlənməsi şübhəsi ilə Sabirabad rayonunun Saraxanbəyli kənd sakinləri – bir ailənin 4 üzvü Şirvan xəstəxanasına zəhərlənmə diaqnozu ilə müraciət edib. Mədələri yuyulandan sonra evə buraxılan ailə üzvlərindən 2015-ci il təvəllüdlü Cəfərov Hüseyn Cavanşir oğlunun halı pisləşdiyindən yenidən xəstəxanaya çatdırlıb. Xəstəxanadan bildirildiyinə görə, bu gün saat 15 radələrində yenidən xəstəxanaya çatdırılan azyaşlının artıq həkiməqədər ölümü qeydə alınıb.

Qubada bir ailənin 8 üzvü qonaqlıqda qidadan zəhərlənib

Quba rayonunda səkkiz nəfər qidadan zəhərlənib. Primeinfo.az xəbər verir ki, rayonun Xucbala kəndində qonaqlıq zamanı – 1953-cü il təvəllüdlü N.Şabutov, 1953-cü il təvəllüdlü H.Şabutova, 1986-ci il təvəllüdlü A.Şabutova, 2003-cü il təvəllüdlü A.Şabutova, 2003-cü il N.Şabutova, 2010-cu il D.Şabutov, 2025-ci il təvəllüdlü G.Şabutova və 1978-ci il təvəllüdlü D.Məmmədova qida zəhərlənməsi diaqnozu ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Onların paytaxt salatından zəhərləndikləri ehtimal olunur.

Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi - 2-si azyaşlıdır

Sumqayıt şəhərində dəm qazından zəhərlənmə faktı qeydə alınıb. Primeinfo.az xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayon ərazisində baş verib. İlkin məlumatlara görə, 1991-ci il təvəllüdlü Əliyev Vüsal Cəmal oğlu, həyat yoldaşı 2001-ci il təvəllüdlü Əliyeva Natəvan Əmin qızı və onların 2022 və 2025-ci il təvəllüdlü azyaşlı övladları yaşadıqları mənzildə dəm qazından zəhərləniblər.

Ötən ay neçə nəfər zəhərlənib? - Kliniki Tibbi Mərkəz

2026-cı ilin yanvar ayında Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə ümumilikdə 85 nəfər müxtəlif mənşəli zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunub. Primeinfo.az xəbər verir ki, bu barədə KTM məlumat yayıb. Vaxtında aparılan düzgün müalicə tədbirləri nəticəsində 81 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar.

21 yaşlı hamilə qadın dəm qazından boğuldu - FOTO

Bakıda 21 yaşlı qadın faciəvi şəkildə vəfat edib. “TodayBaku” Bizim.Media-ya istinadən xəbər verir ki, Yevlax rayon sakini Nuranə Elçin qızı ötən gün dəm qazından boğulub. Bildirilib ki, mərhum üç ay əvvəl ailə həyatı quraraq Bakıya köçübmüş və hadisə baş verən zaman ikiaylıq hamilə imiş.

Naxçıvanda iki türk tələbə dəm qazından boğulub öldü

Naxçıvanda iki tələbə dəm qazından zəhərlənərək ölüb. Primeinfo.az Nuhçıxan-a istinadən xəbər verir ki, hadisə şəhərin Nizami küçəsi 61 ünvanında qeydə alınıb. Məlumata görə, Ahmet və Büşra adlı tələbələr Türkiyə vətəndaşlarıdır.

Naxçıvanda bayram günlərində 20 nəfər zəhərlənib

Bayram günlərində Naxçıvan Muxtar Respublikasında (MR) zəhərlənmə ilə bağlı 20 fakt qeydə alınıb. Yoluxucu Xəstəliklər Mərkəzindən Primeinfo.az-a verilən məlumata görə, qeyd olunan dövrdə ümumilikdə 20 nəfər müxtəlif səbəblərdən zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə müraciət edib. Statistikaya əsasən, zəhərlənmə hallarından 11-i qida, 6-sı dəm qazı, 3-ü isə alkoqol mənşəli zəhərlənmə olub.

Goranboyda 3 nəfər balıqdan zəhərlənib

Goranboyda 3 nəfər qidadan zəhərlənib. Primeinfo.az xəbəe verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki rayon sakinləri 1965-ci il təvəllüdlü Ş.Əhmədova, 1990-cı il təvəllüdlü M.Əhmədova və 2011-ci il təvəllüdlü N.Əhmədova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib.