Goranboyda bədbəxt hadisə baş verib. Primeinfo.az-ın məlumatına görə, hadisə rayonun Məşədiqaralar kəndində baş verib. Kənd sakinin 2012-ci il təvəllüdlü N.Cəfərova yaşadığı evin hamam otağında dəm qazından boğularaq həyatını itirib.
Bakı şəhəri, Nəsimi rayonu 14 saylı tam orta məktəbdə şagirdlərin zəhərlənməsi ehtimalı ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırma aparılıb. Primeinfo.az xəbər verir ki, bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Bildirilib ki, araşdırma zamanı şagirdlərin marketdən aldıqları “Dirol” əmtəə nişanlı qarpız-yemiş aromalı saqqızı istehlak etdikdən sonra qusma, ürəkbulanma və qarın ağrısı simptomlarının olduğu bildirilsə də, tibb müəssisəsi tərəfindən zəhərlənmə diaqnozunun təsdiq edilmədiyi məlum olub.
Tovuzda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib. Primeinfo.az xəbər verir ki, hadisə Tovuzun Qovlar şəhərində baş verib. Qovlar şəhər sakinləri – 1985-ci il təvəllüdlü Qaroğlan Zeynalov, həyat yoldaşı 1997-ci il təvəllüdlü Aygül Həsənova və iki övladı zəhərlənmə diaqnozu ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Gəncədə zəhərlənmə hadisəsi baş verib. Primeinfo.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü R.Paşayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Naxçıvanda qazdan kütləvi zəhərlənmə olub. Primeinfo.az xəbər verir ki, hadisə Babək rayonu Kültəpə kəndində baş verib. Belə ki, yas mərasimində 20-dən çox şəxs dəm qazından zəhərlənib.
Almatıda 50-dən çox insan qatarda qazdan zəhərlənib. APA xəbər verir ki, bu barədə “SputnikKz” məlumat yayıb. Şəhər Səhiyyə İdarəsinin məlumatına görə, 10 uşaq xəstəxanaya yerləşdirilib, ikisi reanimasiyadadır.
Bu gün Bakı şəhərinin 14 nömrəli tam orta ümumtəhsil məktəbinin 8 şagirdi naməlum səbəbdən özlərini narahat hiss edib. Şagirdlərdə ümumi narahatlıq və ürəkbulanma əlamətləri müşahidə edilib.
Bərdədə qidadan zəhərlənən bir ailənin 4 üzvünün vəziyyəti açıqlanıb. Primeinfo.az TƏBİB-ə istinadən xəbər verir ki, 07.12.2025-ci il tarixində saat 06:30 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 4 nəfər hospitalizasiya olunub. Qusma, ürəkbulanma, dispepsiya, dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozları təyin olunan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Salyanda məktəbdə şagirdlər tüstüdən kütləvi zəhərləniblər.
Gəncədə zəhərlənmə hadisəsi baş verib. Primeinfo.az xəbər verir ki, 2006-cı il təvəllüdlü A.Ağayev zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Ona yardım edilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir.