Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: zəhərlənmə

Ötən ay 92 nəfər zəhərlənib, 3-ü ölüb

2025-ci ilin noyabr ayında Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə ümumilikdə 92 nəfər müxtəlif mənşəli zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunub. Primeinfo.az xəbər verir ki, bu barədə KTM-dən məlumat verilib. Bildirilir ki, vaxtında aparılan düzgün müalicə tədbirləri nəticəsində 89 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar: “Pasiyentlərin 32 nəfəri dərman preparatlarından, 30 nəfəri sirkə turşusundan, 3 nəfəri spirtli içkilərdən, 1 nəfəri həlledici məhluldan, 1 nəfəri yandırıcı məhlullardan, 2 nəfəri allergik reaksiyalardan, 9 nəfəri fosfor üzvi birləşmələrindən, 2 nəfəri anafilaktik şokdan, 7 nəfəri tüstüdən, 5 nəfəri isə dəm qazından zəhərlənmə səbəbi ilə müalicəyə cəlb olunub”.

Türkiyədə 120 şagird qidadan zəhərləndi

  Türkiyədə 120 şagird qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Primeinfo.az xəbər verir ki, hadisə Türkiyənin Bingöl vilayətinin Adaklı rayonunda baş verib. Belə ki, buradakı regional internat orta məktəbi və şəhid Hikmət Saydan adına ibtidai məktəbində şagirdlərə verilən naharda ayran, toyuq və plovdan sonra bir sıra şagirdlərdə ürəkbulanma və halsızlıq müşahidə olunub.

Türkiyədə daha 43 nəfər qidadan zəhərləndi

Türkiyədə daha 43 nəfər qidadan zəhərlənib. Primeinfo.az xəbər verir ki, bu barədə ölkə mətbuatında məlumat yayılıb. Belə ki, Sakarya vilayətində qızlar yataqxanasında yaşayan 23 tələbə küçədə yedikləri qidadan sonra özlərini pis hiss ediblər.

Türkiyədə 54 şagird qidadan zəhərlənib

Türkiyədə 54 şagird qidadan zəhərlənib. Primeinfo.az “Haber Global”a istinadən xəbər verir ki, Koceli şəhərində özəl bir liseydə 14 şagird bufetdən aldıqları toyuq məhsulunu yedikdən sonra özlərini pis hiss ediblər. Rize şəhərində isə qızlar yataqxanasında 40 şagird yedikləri yeməkdən zəhərlənib.

Türkiyədə restoranda 25 nəfər zəhərlənib

İstanbulun Şişli rayonunda eyni restoranda yemək yeyən 25 nəfərin zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirildiyi bildirilib. Primeinfo.az xəbər verir ki, bu barədə İstanbul Şəhər Səhiyyə Müdiri Abdullah Emre Güner açıqlama verib.

Şamaxıda məktəbli dəm qazından ölüb

Şamaxıda məktəbli dəm qazının qurbanı olub. Primeinfo.az xəbər verir ki, hadisə rayonun Qızmeydan kəndində baş verib. Kənd sakini 2011-ci il təvəllüdlü Hümbətov Emil Eyvaz oğlu hamam otağında dəm qazından zəhərlənib.

Azərbaycanda 7 nəfər dönərdən zəhərləndi

Şəmkir şəhərində 7 nəfər dönərdən zəhərlənib. Primeinfo.az xəbər verir ki, hadisə ötən gün şəhərin ərazisində yerləşən “Mersin” dönərxanasında baş verib. Belə ki, şəhər sakinləri 1994-cü il təvəllüdlü Nəsib Eldəniz oğlu Zeynalov, oğlu 2020-ci il təvəllüdlü Emin, qızı 2023-cü il təvəllüdlü Nazlı, Dəllər Cəyir qəsəbə sakini 1991-ci il təvəllüdlü Dürdanə Elçin qızı Kazımova, qızı 2014-cü il təvəllüdlü Damla və oğlu 2015-ci il təvəllüdlü Toğrulla birgə dönərdən zəhərlənmə ilə xəstəxanaya gətirilib.

Bədbəxt hadisə: Gəncədə tələbələr zəhərləndi

Gəncədə bədbəxt hadisə baş verib. Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, 2007-ci il təvəllüdlü S.Rüstəmli və 1994-cü il təvəllüdlü L.Həsənova zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıblar. Həmin şəxslərin tələbə olduqları, dəm qazından zəhərləndikləri bildirilib.

379 nəfər dərmandan zəhərlənib, 8-i ölüb

Bu ilin doqquz ayı ərzində dərmandan zəhərlənmə səbəbilə KTM Toksikologiya şöbəsinə 379 nəfər qəbul edilib. Bu barədə Primeinfo.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Qeyd olunub ki, zəhərlənən şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib: “Həkimlərin səylərinə baxmayaraq, 8 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Bəşər Əsədi Moskvada zəhərlədilər

Moskvada Suriyanın keçmiş prezidenti Bəşər Əsədi zəhərləmək istəyiblər. Primeinfo.az xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə Mərkəzi (SOHR) məlumat yayıb. Bildirilib ki, B.Əsədin vəziyyəti hazırda stabildir və xəstəxanadan evə buraxılıb.