İmişlidə toyda kütləvi zəhərlənmə: 18 nəfər xəstəxanaya aparılıb
İmişli rayonunda kütləvi zəhərlənmə olub. Primeinfo.az xəbər verir ki, hadisə rayonun Muradxanlı kəndində qeydə alınıb. Aralarında azyaşlılar da olmaqla 18 nəfər zəhərlənmə şübhəsi ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına aparılıb.