Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: zəlzələ

Şamaxıda zəlzələ olub

Şamaxı rayonunda 3,9 maqnitudada zəlzələ olub. Primeinfo.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yerli vaxtla saat 05:07-də Qobustan stansiyasından 35 km cənub-qərbdə, Şamaxı rayonunda 3,9 maqnitudada zəlzələ qeydə alınıb.

Bu ölkədə güclü zəlzələ oldu

Kamçatka diyarında 5 bal gücündə zəlzələ baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb. Zəlzələ Petropavlovsk-Kamçatski şəhərindən 86 kilometr məsafədə qeydə alınıb.

Türkiyədə zəlzələ olub

Bu gün Türkiyədə daha bir zəlzələ olub. Primeinfo.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Qeyd edilib ki, 4.9 maqnitudalı zəlzələ Ərzincan ərazisində olub, yeraltı təkan 4.52 km dərinlikdə baş verib.

Rusiyada zəlzələ oldu

Rusiyanın Kamçatka bölgəsində güclü zəlzələ baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiyanın Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb. 6,4 bal gücündə zəlzələnin Kamçatka sahillərində qeydə alındığı bildirilir.

Türkiyədə güclü zəlzələ baş verib

Türkiyənin Balıkəsir vilayətinin Sındırğı bölgəsində 4,5 bal gücündə zəlzələ baş verib. Primeinfo.az xəbər verir ki, yeraltı təkan yerli vaxtla 18:11-də alınıb. Zəlzələ ilə bağlı hələlik dağıntı və ya xəsarət alanlar barədə rəsmi məlumat açıqlanmayıb.

Türkiyədə zəlzələ oldu

Türkiyənin cənubunda zəlzələ olub. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata görə, Rixter cədvəli ilə 4 bal gücündə olan zəlzələnin episentri Kahramanmaraş vilayətinin Göksun rayonu olub və yeraltı ocağı 7,01 kilometr dərinlikdə qeydə alınıb.

Biləsuvarda zəlzələ oldu

Biləsuvarda zəlzələ olub. Bu barədə Primeinfo.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Zəlzələ yerli vaxtla 10:53-də baş verib.

Peruda güclü zəlzələ: 25 yaralı

Peruda baş verən zəlzələdə ən azı 25 nəfər xəsarət alıb. Primeinfo.az-ın xəbərinə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi “X” hesabında açıqlama yayıb. Qeyd olunur ki, yaralılardan 12-nin müalicəsi xəstəxanada davam etdirilir, digər 13-ü isə ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb.