Xəbər axtarın

Son axtarış nəticələri:

Tramp ABŞ-də fövqəladə vəziyyət elan etdi

30.01.2026 10:36

ABŞ Kubadan milli təhlükəsizliyə təhdid olduğunu əsas gətirərək, fövqəladə vəziyyət elan edib.

Primeinfo.az xəbər verir ki, Ağ Ev ölkə rəhbəri Donald Trampın müvafiq sərəncamını yayıb.

“Kuba ilə bağlı vəziyyətin ABŞ-nin milli təhlükəsizliyi və xarici siyasəti üçün qeyri-adi və fövqəladə bir təhdid olduğunu düşünürəm. Bu təhdidə cavab olaraq milli fövqəladə vəziyyət elan edirəm”, – Trampın icra sərəncamının mətnində bildirilib.

ABŞ lideri “Kuba rejimi Rusiya, Çin və İran da daxil olmaqla çoxsaylı düşmən ölkələrlə, eləcə də transmilli terrorçu qruplar və ABŞ-yə düşmən olan pis niyyətli subyektlərlə əməkdaşlıq edir” – deyə vurğulayıb.

“Kubaya birbaşa və ya dolayı yolla neft satan və ya başqa şəkildə tədarük edən ölkələrin məhsullarına əlavə advalor rüsum tətbiqi təklif olunur”, – deyə ABŞ liderinin sərəncamında bildirilib.

Sənəddə ABŞ Ticarət Nazirliyinə Kubaya neft tədarük edə biləcək ölkələri müəyyənləşdirmək tapşırılıb:

“Əgər Kuba və ya bu sərəncamın əhatə dairəsinə daxil olan başqa bir ölkə elan edilən milli fövqəladə vəziyyətin həlli üçün əhəmiyyətli addımlar atsa, ABŞ-nin milli təhlükəsizlik və xarici siyasət səylərini kifayət qədər dəstəkləsə, mən bu qərarı dəyişdirə bilərəm”.

Paylaş: