
İrana silah tədarük edən istənilən ölkəyə dərhal tarif tətbiq olunacaq.
Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social”da yazıb.
“İrana silah tədarük edən istənilən ölkənin ABŞ-a satılan bütün mallarına 50% həcmində rüsum qoyulacaq və bu qərar dərhal qüvvəyə minəcək. Heç bir istisna və ya güzəşt olmayacaq”, – ABŞ lideri vurğulayıb.