
“Vaşinqtonun Ukraynada müharibənin həlli üçün Kiyevə irəli sürdüyü plan yekun təklif deyil”.
Primeinfo.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp jurnalistlərlə görüşü zamanı bildirib.
Mətbuat konfransında Trampdan Ukraynaya təklif edilən sülh planının yekun olması barədə soruşulub. O suala “xeyr” deyə lakonik cavab verib:
“Biz sülhə nail olmaq istərdik və bu, çoxdan baş verməli idi. Biz bu və ya digər şəkildə buna son qoymağa çalışırıq”.
Ukrayna prezidenti Volodimir Zelenski Amerika planı ilə razılaşmasa nə baş verəcək? – sualına isə Trampın cavabı belə olub:
“Zelenski bundan sonra “bütün qəlbi ilə” döyüşməyə davam edə bilər” .