
“Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. ABŞ prezidenti Donald Trampın dövlət başçısı İlham Əliyevi dünyanın ən güclü liderlərindən biri adlandırması da bunu göstərir”.
Primeinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Bədrəddin Quliyev Prime TV-nin efirində yayımlanan “Qırmızı masa” verilişində bildirib.
O, bölgədə yeni dövrün başlandığını qeyd edib:
“Artıq bütün kommunikasiyalar Azərbaycandan keçir. Bölgəyə münasibətdə Azərbaycan-Türkiyə-Pakistan ittifaqı mühüm rol oynayır. Trampın Azərbaycan dövlət başçısını örnək verməsi, ona “dünyanın ən güclü liderlərindən biri” deməsi, cənab Ərdoğana münasibət bildirməsi göstərir ki, burada Türküstan oyununa söykənmədən heç bir proses gedə bilməz.
Bütün yollar Azərbaycandan keçir. Azərbaycanın indiki qədər güclü vaxtı olmayıb. İndiki qədər strateji baxımdan beynəlxalq aləmdə maraq dairəsinə çevrildiyi dövrü olmayıb. Sanki taleyin neçə illərdir bağlanmış dövrü açılır”.