Xəbər axtarın

Son axtarış nəticələri:

Türkiyə Bakıdakı hərbi paraddan görüntülər paylaşıb - FOTO

08.11.2025 15:38

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası Azərbaycanın İkinci Qarabağ müharibəsində Qələbəsinin beşinci ildönümünə həsr olunmuş Bakıda keçirilən hərbi paraddan görüntülər paylaşıb.

Primeinfo.az-ın məlumatına görə, fotolar Türkiyə liderinin administrasiyasının “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində yerləşdirilib.

“Qarabağda qazanılan qələbəni Qafqazda dayanıqlı sülhün bərqərar edilməsi istiqamətində mühüm mərhələ kimi qiymətləndiririk”, – Türkiyə Prezidentinin bu gün hərbi paradda söylədiyi sözlərdən sitat gətirilib.

Paylaş: