Xəbər axtarın

Son axtarış nəticələri:

Türkiyə Prezidenti: “Trampla görüşlərimizi hər səviyyədə davam etdirəcəyik”

14.10.2025 15:36

“Misir Sülh sammitinin Yaxın Şərqdə barışa gedən yolda yeni dönüş nöqtəsinin olmasını diləyirəm”.

Primeinfo.az “Anadolu” Agentliyinə istinadən bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza zolağında atəşkəs razılaşmasının əldə olunmasına həsr olunmuş sammitdən qayıdarkən təyyarədə yerli mediaya müsahibəsində belə bildirib.

O, ABŞ Prezidenti Donald Trampın bu məsələyə münasibətindən də danışıb:
“Cənab Tramp dedi ki, bu prosesdə mənim üzərimə düşən nə varsa, telefon vasitəsilə əlaqə saxlayaq, telefon diplomatiyamızı unutmayaq. Görüşlərimizi hər səviyyədə davam etdirəcəyik. Cənab Trampla qurduğumuz bu diplomatiya əlaqələri çox önəmlidir. İnşallah, bu həssaslıqla davam edəcəyik”, – o qeyd edib.

Paylaş: