
Bu gün Türkiyə Superkubokunda yarımfinal mərhələsinin növbəti oyunu keçiriləcək.
Primeinfo.az xəbər verir ki, Yeni Adana stadionunda keçiriləcək “Fənərbağça” – “Samsunspor” oyununa Bakı vaxtı ilə saat 21:30-da start veriləcək.
Qeyd edək ki, bu mərhələnin ilk oyununda “Qalatasaray” “Trabzonspor”a 4:1 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.
Qeyd edək ki, finala çıxan komandalar yanvarın 10-da Atatürk Olimpiya Stadionunda qarşılaşacaqlar.