Xəbər axtarın

Son axtarış nəticələri:

Türkiyədə Aleyna Tilki də daxil olmaqla məşhur şəxslər saxlanılıb

18.12.2025 10:10

Türkiyədə aktrisa İrem Sak, blogerlər Danla Bilic, Mümine Senna Yıldız və müğənni Aleyna Tilki kimi bir sıra tanınmış şəxslər saxlanılıb.

Primeinfo.az “Haber Global”a istinadən xəbər verir ki, bununla bağlı İstanbul Respublika Baş Prokurorluğu qərar verib.

Onlar “narkotik vasitələrdən istifadə” maddəsi üzrə ittiham olunurlar.

Xəbər verdiyimiz kimi, dünən isə narkoloji testdən keçirilən televiziya aparıcısı Ela Rümeysa Cebeci həbs edilib. Aparıcı müsbət çıxan test nəticəsinin səhv olduğunu iddia edərək, həyatı boyu narkotik maddədən istifadə etmədiyini qeyd edib.

 

Paylaş: