
Türkiyəyə məxsus “ALTURA” adlı xam neft tankeri Qara Dənizdə dronla vurulub.
Primeinfo.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Rusiyadan yola çıxan və 140 min ton xam neft daşıyan tanker gəmi İstanbul Boğazından təxminən 15 mil uzaqlıqda, Qara dənizdə dron hücumuna məruz qalıb.
Hadisə zamanı üclü partlayış baş verib. Gəminin göyərtəsində və körpü hissəsində zədələnmə qeydə alınıb. Həmçinin ciddi fəsadlar nəticəsində gəmiyə su dolduğu bildirilib.

Gəmidəki 27 nəfərdən ibarət türk heyətinin vəziyyətinin yaxşı olduğu qeyd olunub.