Xəbər axtarın

Son axtarış nəticələri:

“Türkiyənin Qəzza ilə bağlı variantı “Osmanlı barışı” modelinə bənzəyir” – ŞƏRH - VİDEO

14.10.2025 19:40

“Qəzza ilə bağlı Türkiyənin təklif etdiyi variant “Osmanlı barışı” dediyimiz modelə bənzəyir”. 

Primeinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Telman Nüsrətoğlu Prime TV-nin efirində yayımlanan “Qırmızı masa” verilişində bildirib.

O, Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitində əldə edilən tarixi nəticələri şərh edib.

Qeyd edib ki, atəşkəs imzalansa da, bunun qalıcı sülhə dönməsi üçün çox çalışmaq lazımdır. Bu məsələdə Türkiyə və Azərbaycanın mövqeyi də xüsusi önəm daşıyır:

“Türkiyənin yeni dünya nizamında nə qədər kilid bir rola malik olduğunu hər kəs görür. Azərbaycan da Cənubi Qafqazın lokomotiv gücüdür –  bunu kimsə inkar edə bilməz. Avrasiya coğrafiyasında türk dünyasının yüksəlişi ilə birlikdə yeni bir düzən ortaya çıxıb.

Suriyanı, Yaxın Şərqi, ərəb ölkələrini, İsraili əhatə edən yeni durum olmalıdır və təsbit olunmalıdır. Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitinin məqsədi də o idi. Atəşkəslə iş bitmir. Qəzzanı yenidən inşa etdilər və sonra yenidən müdaxilə olundu. Bu məsələnin bir çözümü olmalıdır”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Qəzza məsələsində ona verdiyi dəstəyi yüksək qiymətləndirib. O, Türkiyə Prezidentinin son illərdə bir çox regional münaqişələrin həllində mühüm rol oynadığını vurğulayıb.

Paylaş: