
Ukrayna Avropa İttifaqından 5.9 milyard avro dəyərində dəstək vəsaiti alıb.
Primeinfo.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenko bildirib.
O qeyd edib ki, bu vəsait iki hissəyə ayrılıb. Belə ki, 4.1 milyard avro ERA (Extraordinary Revenue Acceleration) krediti vasitəsilə, yerdə qalan 1.8 milyard avro isə Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya ödənilib:
“Bu bizə makromaliyyə stabilliyini təmin etməkdə kömək edəcək. Bu məbləğ xilas edilmiş həyatlar, bərpa edilmiş infrastruktur və gücləndirilmiş iqtisadiyyat deməkdir”.
Avqust ayında Ukrayna Avropa İttifaqından 4 milyard avrodan çox dəstək vəsaiti alıb.