Xəbər axtarın

Son axtarış nəticələri:

Ukrayna Prezidenti: Atəşkəs planı üzrə görüşlər bu həftə baş tutacaq 

28.10.2025 20:00

Ukrayna Prezidenti Volodimir Zelenski bu həftənin sonunda Ukrayna və Avropa rəsmilərinin atəşkəs planının təfərrüatlarını müzakirə etmək üçün görüşəcəklərini açıqlayıb. 

Primeinfo.az “Əl-Ərəbiyyə” kanalına istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında bildirib. 

“Bu, müharibəyə (Rusiya-Ukrayna – red.) son qoymaq planı deyil. Əvvəlcə atəşkəs lazımdır. Bu, diplomatiyaya başlamaq planıdır… Məsləhətçilərimiz yaxın günlərdə görüşəcəklər; cümə və ya şənbə günü ilə bağlı razılığa gəldik. Onlar bu planın təfərrüatlarını müzakirə edəcəklər”, – V.Zelenski deyib 

 

Paylaş: