
“Gələn il Ukraynanın ayaqda qalması üçün dövlət büdcəsinə 90 milyard dollar pul lazımdır”.
Primeinfo.az xəbər verir ki, bunu Prime TV-nin “Qırmızı masa” verilişində ReAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli bildirib.
Onun sözlərinə görə, lakin Ukraynanın dövlət büdcəsində bu qədər vəsait yoxdur:

“Bu məbləğə təqaüdçülərin təqaüdü, hərbçilərin əməkhaqqısı, sosial müavinətlər, energetika infrastrukturunun təmiri və s. daxildir. Ukrayna özü pul qazanmır. Dünyada Ümumi Daxili Məhsulu (ÜDM) bu qədər tənəzzülə uğramış ikinci ölkə yoxdur. Təbii ki, buna səbəb müharibə və Rusiyanın işğalıdır. Müharibə başlayandan bu günədək Ukraynada ÜDM 30-35 faiz azalıb”.
Ətraflı “Qırmızı masa”da: