Xəbər axtarın

Son axtarış nəticələri:

Valverde: "Qarabağ" çox yaxşı komandadır"

21.10.2025 19:28


“Qarabağ” çox yaxşı komandadır.

Primeinfo.az xəbər verir ki, bunu İspaniyanın “Atletik” klubunun baş məşqçisi Ernesto Valverde mətbuat konfransında deyib.

O, “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyunundan əvvəl komanda haqda fikirlərini bölüşüb:

“Qarabağ” İspaniyaya 6 xalla gəlir. Bu da rəqibin yaxşı səviyyədə olmasından xəbər verir. Təbii ki, bizim də məqsədimiz onları məğlub etməkdir. Bütün oyunlara əsas kimi baxırıq. Stabil komandayıq və düşüncəmiz qarşılaşmanı qalib bitirməkdir. Bizi çətin matç gözləyir, “Qarabağ” çox yaxşı komandadır”.

Paylaş: